Anar: “Seymur Baycana mavzoley də tikərik”

Anar: “Seymur Baycana mavzoley də tikərik”
4 dekabr 2015
# 13:16

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yazıçı Seymur Baycanın heykəl və büst arzusuna münasibət bildirib.

Anar Moderator.az-a açıqlamasında deyib ki, Seymur Baycanın fikirlərini dəstəkləyir:

“Seymur Baycanın büst fikrini çox yaxşı qarşılayıram. Onun fikrini dəstəkləyirəm. Bu yaxınlarda onun da adına bir küçə verərik, büstünü qoyarıq. Təklif edirəm ki, nəinki büstünü, heykəlin də qoysunlar, hətta mavzeleyini də tiksinlər”.

Xatırladaq ki, Seymur Baycan mətbuata müsahibəsində heykəlinin olmasını arzuladığını bildirmişdi: "İstəyirəm ki, heykəlim olsun, adıma küçə olsun, həmin küçədə gəzişim, hər gün öz heykəlimin qarşısına çiçək qoyum". Seymur Baycan vurğulamışdı ki, özümə büst düzəltdirmək üçün bank hesabı açacam, ianə yığacam.

# 1223 dəfə oxunub

Müəllifin son yazıları

# # #