Dahi rus yazıçısı Nikolay Qoqolun ölümdənsonrakı maskası hərraca çıxarıldı.
Kulis.az xəbər verir ki, “Litfond” hərrac evinin məlumatına görə, əntiq əşya - 1852-ci ildə Nikolay Ramazanov tərəfindən gipsdən hazırlanan maska 250 min rubl (red. – təqribən 6000 azn) başlanğıc qiymətlə satışa çıxarılıb.
Fevralın 9-da keçiriləcək hərracda digər lotlar da - 1580-ci ilin “Əhdi-cədid”i, bəstəkar Dmitri Şostakoviçin şəxsi məktubları və Mixail Bulqakovun avtoqrafı yer alıb.