Məşhur aktyor xərçəngdən vəfat etdi

Məşhur aktyor xərçəngdən vəfat etdi
28 aprel 2023
# 13:50

Amerikalı teleaparıcı və aktyor Cerri Springer 80 yaşında vəfat edib.

Kulis.az xarici mediaya xəbər verir ki, ölümündən bir neçə ay əvvəl sənətçiyə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub.

Springer 1944-cü il fevralın 13-də Londonda 1939-cu ildə Almaniyadan Böyük Britaniyaya mühacirət etmiş alman yəhudilərinin ailəsində anadan olub. ABŞ-də böyüyüb. Springer karyerasına senator Robert Kennedinin komandasının müşaviri kimi başlayıb.

Springerin əsl uğurunu özünün “The Jerry Springer Show” adlı tok-şousuna başladığı zaman qazanıb. Bundan sonra o, dəfələrlə filmlərdə rol alıb. Onu "Austin Powers: The Spy Who Shagged Me", "Pretend Kiss", "Shark Tornado 3", "Married... with Children", "The X-Files", "Sabrina the Little Witch” və başqa filmlərdə görmək olar.

В США скончался знаменитый журналист и телеведущий Джерри Спрингер -  Российская газета

# 1065 dəfə oxunub

Müəllifin son yazıları

# # #