“Özgəcanın Tanrıya sualı” ŞEİR

“Özgəcanın Tanrıya sualı” ŞEİR
18 fevral 2015
# 11:31

Kulis.Az Sara Selcanın “Özgəcanın Tanrıya sualı” şeirini təqdim edir.

Niyə kişini qadından “güclü” yaratdın?

Niyə qadın oldu kişinin qabırğası?

İstər Şərqində, istər Qərbində,

Istər Amerikalısı olsun,

Istər Afrikalısı

Qadın həmişə məğlub,

Həmişə basılan.

-Qız uşağı kəsikdi,

Çörəyi itikdir !

kəlməsiylə böyüyən,

Taleyi qara qələmlə yazılan

qız uşaqları yekəldilər,

Böyümədilər amma ...

Deyirdilərlər Tanrı sevir qız uşaqlarını,

Bəs hanı?

Bəs hanı???

Qadın kişi əllərində ölür.

Kimdir bu kişilər?

Edam kötüyümü,

Dar ağacımı,

Ya yeddi arşınlıq quyu.

Atalar, qardaşlar, ərlər-

Ən doğması belə

ən yaxşı halda döyməklə

qoruyar,

ən pisi

öldürməklə

Qadını...

(anasını, bacısını)...

Tanrı, niyə kişini qadından üstün yaratdın?

Yoxmu sənə dəxli,

Min illərdir köhnəlmir, bitmir

Qadının kişi əllərində qətli...

İnanmışdım Tanrı sevir qız uşaqlarını,

Yerdə qoymur uzunsaçlının ahını..

Bəs hanı?

Niyə kişini qadından “güclü” yaratdın?

Niyə qadın oldu kişinin qabırğası?

Özgəcan, mütləq ver Tanrıya bu sualı.

Mütləq.

# 1049 dəfə oxunub

Müəllifin son yazıları

# # #