32-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalı başlayır

32-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalı başlayır
6 sentyabr 2025
# 12:00

Türkiyə Dövlət Opera və Baletinin Baş İdarəsi tərəfindən təşkil olunan 32-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalı 14 sentyabr – 1 oktyabr tarixlərində keçiriləcək.

Kulis.az xəbər verir ki, 1994-cü ildə ilk dəfə təşkil olunan, 1998-ci ildə beynəlxalq səviyyəyə yüksələrək dünyanın tanınmış festivalları arasında yer alan və 2003-cü ildə Avropa Festivalı Birliyinə qəbul edilən festival Serik rayonundakı Aspendos Antik Teatrında keçiriləcək.

Qeyd edək ki, festivalın açılışı 14 sentyabr bazar günü saat 21:00-da Ankara və Antalya Dövlət Opera və Baleti İdarələrinin birgə təqdimatı olan Giacomo Puccini-nin “Turandot” operası ilə baş tutacaq.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər