Sabiq "Rolling Stones" üzvü oğurlanmış gitarasının muzeydə sərgiləndiyini iddia edir

Sabiq "Rolling Stones" üzvü oğurlanmış gitarasının muzeydə sərgiləndiyini iddia edir
8 avqust 2025
# 17:35

Məşhur "Rolling Stones" qrupunun sabiq gitara ifaçısı Mik Taylor uzun illər əvvəl itirdiyi gitarasının hazırda Nyu Yorkda Metropolitan Sənət Muzeyində sərgiləndiyini iddia edir.

Kulis.az xəbər verir ki, Taylor gitaranı 1967-ci ildə Keit Riçards tərəfindən hədiyyə aldığını və daha sonra itdiyini deyir.

Muzey isə gitaranın mülkiyyət tarixinin tam sənədlərlə sübut olunduğunu və onun 1971-ci ildə Adrian Millerə keçdiyini bildirir.

Gitaranı muzeyə milyarder kolleksiyaçı Dirk Ziff bağışlayıb.

Taylorun komandası isə gitaranın müstəqil ekspertiza üçün açıq şəkildə araşdırılmasını tələb edir.

Qeyd edək ki, hazırda tərəflər arasında birbaşa əlaqə qurulmayıb və gitara sərgidə qalmaqda davam edir.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər