“Əla göyərti qutabı bişirirəm”.
Bu sözləri Kulis.aza şair, yazar Fəridə Seymur Baycanın onun haqqında söylədiyi kəskin fikirlərə münasibət bildirərkən söyləyib. Fəridə xanımın cavabını təqdim edirik:
"Seymur bəyə ciddi işlərinin, mütaliəsinin və ardı-arası kəsilməyən deyinməkləri, qadın düşmənçiliyindən vaxt ayırıb hekayəmi oxuduğu üçün təşəkkürümü bildirirəm. Zəhmət olmazsa, deyin ki, mən bu ay kitab oxuya bilməmişəm, məsləhət bildiyi kitablardan oxumaq üçün mənə göndərə bilsə, necə yerinə düşər, necə yerinə düşər, anlatamam.
Hə, bir də, Seymur bəy, mən uzun illərdir ət yeməklərindən imtina etmişəm. Amma əla göyərti qutabı bişirirəm, “bu kaç puan yazar?”