“CBC Sport”un şərhçisi Gündüz Abbaszadənin Avropa Liqasının pley-off mərhələsində keçirilən “Fənərbağça” – “Anderlext” matçı zamanı dediyi sözlər Türkiyədə gündəm olub.
Kulis.az xəbər verir ki, o, qarşılaşmanın şərhinə şair Ulucay Akifin misraları ilə başlayıb:
“Üşümək istidən,
qaranlıq işıqdan,
sənsizlik isə hər şeydən ayrılmaqdır.
- 81-ci Venesiya Film Festivalı başlayır
- Özündən 24 yaş böyük direktorla evləndi, ermənilər ona hücum etdi - Oğlu Akif İslamzadə niyə heç vaxt onun haqqında danışmayıb?
- ADU-da Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılışı oldu
Gənc şairimiz Ulucay Akifin bu misralarını Fenerbahçe azarkeşlərinin komandalarına sevgisinə tərəddüdsüz şamil etmək olar".
Onun şərhi türkiyəli azarkeşlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb və müzakirə edilib.
Sözügedən videonu buradan izləyə bilərsiniz: https://t.me/kulis_az/11673