Eh, uşaqlıq...
Gülnar Günəşova
Sinfin yeni ildən qalma şarlarına baxan gombul şagirdim:
- Müəllimə, şar partlatmaqdan elə xoşum gəlir.
- Aç birini partlat.
Gözləmədiyi cavabdan şaşırıb təəccüblü baxışlarını mənə yönəltdi:
- Doğru deyirsiniz?
- Hə. Ürəyin istəyirsə partlat.
Uşaq sevincək yerindən qalxdı, şarı qopardıb partlatdı.
Amma uşaqlardan utanmasaydım birini də özüm partladardım...