Bu ayrılıq bir ömrün ayrılığı,
Bir ömrün
iki yerə bölünən ömür yolu.
Bu ayrılıq...
Eh,
Sən də,
Mən də
Sayacağıq günləri
Sən məndən
Mən də səndən
Ömür qədər aralı.
Nə sən MƏN deyilsən
Sənsiz nələr çəkdiyimi biləsən,
Nə də mən SƏN deyiləm
Mənsiz necə olacağını biləm.
Nə sən günəş deyilsən
Ki, səhəri gözləyəm,
Nə mən kölgə deyiləm
Hər an səni izləyəm.
Nə sən zaman deyilsən,
Nə mən xəyal deyiləm
Zaman adlı bir çərxi
Bir də geri çevirəm...
Səni,
Səni sevirəm...