Balaca oğlanın dayəsinə hədiyyəsi

Balaca oğlanın dayəsinə hədiyyəsi
23 aprel 2013
# 08:00

Aliyə Əsədova

Divarın həmin yerində

Keçən il
divarın həmin yerində
belə yazmışdı dostları;
Artur və Gülzar.
Bu il
qırmızı qələmlə mavi divarlara
həkk olunan yazıdan əsər-əlamət yox,
yay tətilinə gedərkən
təmirdən çıxıb məktəb,
divar həmin rəngdədi,
Artur da böyüyüb,
sinfə yeni uşaqlar gəlib,
yeni müəllimlər gəlib-
yeni fənlər öyrədirlər,
Gülzarsa yoxdu,-
yolu uzaq olduğundan
yol pulu tapmadığından
atası məktəbdən aparıb.

Bığ-saqqallı hədiyyə.

Bu balaca oğlan
aradabir rəsm cızır
qaralama dəftərin kənarına,
dünən onu həyətə buraxmayan
dayənin çənəsinə
bığ-saqqal da qoyub,
adını da yazdı altından:-
Könül
Bu gün Könülün ad günüdü,
hər dəfə onu qoyub gedəndə
bir oğlan görür
boyu boyundan yekə,
saçı saçından qısa
tökülüb, seyrəlib tamam;
hər gün gəlir Könülü qarşılamağa.
Bu balaca oğlan
Bu gün gördüklərini anasına deyəcək,
çəkdiyi bığ-saqqallı şəkli də
Könülə hədiyyə edəcək.

# 2602 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #