Əksiyimizlə sevək bir-birimizi...
Fatimə İbrahimova
Gedərkən yolları sənlə dinmədik
Deyəsən, məkana çata bilmədik
Hərdən düşünərdik: “bəlkə sevmədik?”
Qoymazdıq əzilsin sevginin dizi
Bəlkə əksiyimizlə sevək bir-birimizi ?...
Hərdən əsəbi, ya da qəmli olurduq,
Hirsli-hirsli sevən qəlbi qırırdıq
Acı sözlərdən uzun cümlə qururduq
Gizlətməyi bacarmadıq əsəbimizi
Bəlkə əksiyimizlə sevək bir-birimizi?...
Ayrılıb getmisən, çox kədərliyəm
Axır göz yaşlarım, mən də silirəm...
Adam da yox ki, deyim: “sevirəm”
Kədərə çevirdin sevincimizi
Kaş əksiyimizlə sevərdik bir-birimizi...
Mənim gözlərimdə yoxdur qüsurun
Sənlə gedir hara getsən qürurum
Bərbad olub sən gedəndən hüzurum
Kaş qüsurdan saymazdıq eyiblərimizi
Bəlkə əksiyimizlə sevək bir-birimizi ?...
Sənlə gedən yerlərə, indi gedə bilmirəm
Ölmək istəməsəm də, sənsiz qala bilmirəm
Sən getdiyindən bir də sevə bilmirəm
Qorumağı bacarmadıq ilk eşqimizi,
Kaş hər şeyimizlə sevərdik bir-birimizi...
Hər gün sevginə oxuyuram lənət
Sözlərimi deməyə yoxdur cəsarət
Həyatımız başdan-başa səhvdən ibarət,
Gəlsəydin, silərdim səhvlərimizi
Bəlkə, əksiyimizlə sevək bir-birimizi ?...
Getdiyimiz yollarda sənlə dinmədik
Biz sənlə məkana çata bilmədik
Mən heç anlamıram, sənlə neylədik?
Yaman çırpıldı yerə sevginin dizi
Biz deyəsən sevmədik bir-birimizi...