Leyla Namazova
Gəncəm
Əziziyəm Gəncəmə,
Qurban olum Gəncəmə
Günü gündən gözəlləşən, cavanlaşan yurduma
Dahilərin, igidlərin, şairlərin vətənisən
Ey, gözəl Gəncəm mənim
Nizaminin, Məshətinin, Cavadxanın yurdusan
Ey, gözəl Gəncəm mənim
Neçə-neçə mərd, igid, qəhrəman oğulların var
Bəxş edibsən onları bizə sən
Ey, gözəl Gəncəm mənim
Tarixi, dini, qədim abidələrin var sənin
Ey, gözəl Gəncəm mənim
Qürurla saxlayırsan qoynunda onları sən
Ey, gözəl Gəncəm mənim
Məst olur baxdıqca hamı sərvətlərinə sənin
Ey, gözəl Gəncəm mənim
Səs salırsan hər bir yerə
Öz şanınla, şöhrətinlə
Ey, gözəl Gəncəm mənim
Səni sevənlər sevinir
Sevməyənlər isə üzülür
Ey, gözəl Gəncəm mənim
Dadından doymaq olmur
Nemətlərindən sənin
Ey, gözəl Gəncəm mənim
Dağlarına, bağlarına
Meşə və bulaqlarına
Söz ola bilməz sənin
Ey, gözəl Gəncəm mənim
Adamı valeh edir Göy-Gölün, Hacı kəndin
Ey, gözəl Gəncəm mənim
Nə gözəl Allah yaradıb səni
Ey, gözəl Gəncəm mənim
Yaşa, ucal, inkişaf et
Ey, doğma Gəncəm mənim