Bayram Mustafazadə
Bakı çox səs-küylüdü.
Kimisi vicdanın
səsini eşitməz,
kimisi qəlbinin...
Kaş orda
qarşılaşmazdıq...
***
Ancaq iki bakal ...
Üçüncü getmir...
Bəlkə də üçdədi,
səni unutmaq...
***
Şeirlərini həsr
etdiyin nə xoşbəxt
qızdı-deyirlər.
Doğurdan da
xoşbəxtsənmi?!
***
Kişi kimi işləyib,
Qadın kimi yorulmaqdı,
şəkillərdən sənə
baxıb ağrımaq...
***
Daha nə qədər
ağrıyım ki?,
Allah səni
xoşbəxt etsin...
***
Tanrıya dua et ki,
bu gün qapısın
döyməyim.
Yoxsa yenə
səni istəyəcəm...
***
Mən çıxaq
sən.
Bərabərdi.
Heç kim…