Xocalımı ver mənə

Xocalımı ver mənə
25 fevral 2014
# 08:30

Elşad Barat

Qalx ayağa, sarıl qanlı silaha!
Bu gecədən alov apar sabaha,
Vətən sənə oğul deyər bir daha,
Balasından aralımı ver mənə.
Vətən oğlu, Xocalımı ver mənə!

Al erməni quduzunun canını,
Azadlığın yaşad həyəcanını,
Sil Vətənin sinəsinin qanını,
O, ürəyi yaralımı ver mənə.
Vətən oğlu, Xocalımı ver mənə!

Hey alışdı, elə yandı Xocalım,
Qəm içində çalxalandı Xocalım,
Yalanlara çox inandı Xocalım,
Sən o başı bəlalımı ver mənə.
Vətən oğlu, Xocalımı ver mənə!

Tutulmaram sevincli göz yaşına,
Dolanaram dağlarının başına,
Sarılaram qayasına, daşına,
Öz elimi, mahalımı ver mənə.
Vətən oğlu, Xocalımı ver mənə!

# 2222 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #