Dönəydik o günlərə

Dönəydik o günlərə
24 may 2013
# 13:49

Rüfət Soltan

Yenə

Yenə həmin vaxtdır gəlib,
Yenə görürəm gözlərini, görkəmini,
Yenə deyirəm sözlərimi, Səndən gizli ürəyimdə.
Yenə ötürəm mən sinəmdə,
Sinəmdəki qəlb evimdə.
Evim qalıb sənsiz yenə,
Yenə çəkirəm həsrətini hislərimdə.

Əllərimdə çiçək qaldı, soldu yenə,
Yenə gözlərim doldu yenə,
Amma sənə - sevdiyimə,
Sözlərim var, boldu yenə.

Yenə duyğular daşıb yenə,
Ard - ardına gəlir mənə,
Aşiqəm artıb eşqimə,
Rəğbətim, hörmətim yenə.

Versəm bu məktubu sənə,
Etsən qiraət dilinə,
Əziyyət versən gözlərinə,
Yazarsanmı cavab mənə.
Yenə dönərdik o günlərə.

# 2054 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #