Adım Xocalı

Adım Xocalı
26 fevral 2013
# 10:06

Günay Novruz

“Mən Xocalı”

Mənim adım “Xocalı”-dı,

Azərilərin yurduyam Mən.

Bir ovuc torpağam,

Bir içim su,

Dörd tərəfi dağam.

Tarixin üzük qaşıyam,

Ululara baş daşıyam.

Mən bilgilərin mənbəyi,

Xocayam, xocalıyam.

Xan qalasıyam,

Əsgəran adında...

- Qarabağın öz balasıyam

Azərbaycan torpağında.

Qocalar məni dadmış,

Min nemətin özüyəm mən,

Ağız dadı getməmiş,

Hələ də söhbət, sözəm mən.

Onların xoş günlərinin şahidiyəm...

- Mən Xocalı,

Körpü, Körpü, yol, yol qalan

Tarixiyəm mən Xocalı.

İndi havalarda gəzib...

- uçur dəmir qanadlarım.

Mənim olan bu torpağın,

Hər qarışı yenə mənim.

Mən əkmişəm,

Mən biçmişəm,

Mən tikmişəm...

dəbdəbəni

Sahibiyəm Mən Xocalı.

# 1879 dəfə oxunub

Müəllifin son yazıları

# # #