İntihar...

İntihar...
21 noyabr 2014
# 12:19

Heç kim anlamır nə haldasan, niyə kefsizsən. Bir soruşan yox, hamı öz dərdində, bir özün bilirsən içindəkiləri. Səni dünyaya gətirən anan belə bilməz içindəki tufanları. Onların haqları, doğruları vardır çünki. Onlar hər zaman haqlıdırlar. Onların uşaqları üzülə, dərd çəkə bilməz. Yeri gəldikcə kobudca cavab qoyarlar.

"Nə dərdin var e sənin?" , "Nədir bu çəkdiklərin?". Keçmişin ruhu qalar bədənində, azad olmaq istəyərsən. Amma alınmaz. Yalvararsan çıx bədənimdən deyə, amma bir fayda etməz. Hər dəfə intihara cəhd edərsən amma bacarmazsan, bəlkə də gücsüz görərsən özünü. Qaranlıq otaqda ömür keçirtmək, heç kimlə danışmamaq, səni dəli zənn edərlər. Bir də içindəkiləri bilsələr yenə də sənə dəli dəyərlərmi?

Onlar bilsələr belə yenə anlamazlar səni. Anlamaq istəməzlər. Bəzən təklik qusulası dərəcədə olar. Bir radio proqramı dinləyərsən. Səni cəlb edər ordakı səs. Bu gün ölərəm, sabah ölərəm deyərsən bacarmazsan. Canını incidər bu ağrı. Hər gün oyanıb "ölüm" deyərsən, inadına ölmərsən...

# 1731 dəfə oxunub

Müəllifin son yazıları

# # #