Yağışa

Yağışa
16 aprel 2018
# 17:31

Nuri

Deyirlər yağışa sən də şeir yaz

Nə yazım yağışa, çox gözəl yağır.

Mən bu gözəlliyi ifadə etsəm,

Axı deməyəcəklər nə gözəl yazır.

Gözdə canlanacaq yağışın rəqsi

Qulağa gələcək yağışın səsi

Mən axı nə yazım yağan yağışa

Özü heyran qoyur sevən hər kəsi.

Qoy yağışdan daim torpaq danışsın

Qoy əkin danışsın, otlaq danışsın

Mən nə danışım yağışdan axı

Mən səhrayam,

Qoy yağışı duyan danışsın.

# 3559 dəfə oxunub

Müəllifin son yazıları

# # #