Firudin Həmidli
Eşqi çevriliş
Agah olsun ki, aləmə
Bu yeni nizamın ilk nidasıdır!
Duyun rənglərin səsini,
Qucaqlayın səslərin təcəssümünü!
Bu bir çevrilişdir,
Xilas etdi bir toplumu
Qara duyğular girdabından!
Sona yetdi
Hər anı iztirabla boyanmış,
Ümidlərə işgəncə edən bir dönəm...
Salamlayın göyərçini!
Səma bütünlüklə artıq onundur...
İndi nə yana dönsək,
Çılpaq sevinclər,
Həbs müddəti bitmiş yaralı ümidlər,
Təzə paltarları ilə ərzi-əndam eyləyən arzular
Və xilaskar bir eşq görəcəyik!
O eşqə qulaq verin,
Əbədi bir nitq söyləyir!...
Seyr edin,
Şəhərin ən geniş meydanında
Hökm oxunur
Dünənlərin diktatoru keçmişə:
"Xəyallara xəyanət,
Lazımsız kədər daşıma və yayma,
Hüznlər təşkil etmə,
Özünü aldatma səviyyəsinə çatdırma,
Və daha nə qədər maddələr ilə...
Ona artıq yer yox bu yeni nizam içində
Və edam edildi gələcəyin gözləri önündə!
İndi bütün duyğular rahatlıqla nəfəs alır.
Əsrlər sonra günəşi görmüş ümidlər deyir indi,
Bu çevriliş nə müqəddəs!
Bu gülümsəyən işıqlar əbədi,
Bu yeni nizam əbədi,
Bu eşq əbədi!...