“Əllərimi tutub sinəsinə qoydu”

“Əllərimi tutub sinəsinə qoydu”
3 yanvar 2013
# 08:00

Mürsəlli Səbuhi

Tənha Gül

Dünyada paylaşılmayacaq

tək şey “yalnızlıq”dır.

Çünki “yalnızlıq” paylaşıldığı

zaman “yalnızlıq” olmaqdan çıxır.

Qaranlıq hər insan üçün qorxuya aparan bir yoldur, amma heç kəs bu yolun haraya çıxacağını dəqiq bilmir. Mən isə istisna olaraq o qaranlığın əsirinə çevrilərək bir dolanbaca düşmüşəm.

Tənhalığın əsiri olmaq həqiqətən də bəzilərinə anlaşılmaz bir söz kimi gələ bilər, amma mən bu anlaşılmazlığın əsiriyəm.

Həyatda yaşamağın hər insan üçün bir mənası vardır. Hər kəs fərqli amal uğrunda həyata tutunur.

Eşq deyilən acı, amma qürurlu, əzəmətli bir duyğu var. Bilirəm hər kəs eşqin adını eşidib, hər kəs ,bəli, mən eşqi yaşamışam deyə bilər amma eşq hər zaman hər kəsə gəlmir. Eşq onu yaşamağı bilənlərə üz tutur. Onlara əzab verir, sıxır, ağladır. Belə desək eşq “göz yaşları” ilə qidalanır. Eşqə bəlkə də bu dünyada ən çox göz yaşını mən hədiyyə vermişəm.

Həyatımın əsas hissəsi bir yaz günü başlayır. Bazar günü idi və hər kəs çöldə günəşli günün dadını çıxarırdı. Mən isə işdən yorulmuş vəziyyətdə yatağımda uzanmış televiziyaya baxaraq çayımı içirdim.

Baharda açan gülləri çox amma çox sevirdim. Ayağa qalxdım və çölə çıxdım. Ətrafı bürümüş gül-çiçək qoxusu mənə gözəl təsir bağışlayırdı. Parka getdim, hər kəs əlində bir gül ilə sevgilisinin yanında gəzirdi. Sevginin mənə vurduğu dağı yaddan çıxarmaq mənə o qədər baha başa gəlmişdi ki, bu dəfə sevmək istəmirdim. Amma sevgi də gəlirəm demirdi. Skamyada əyləşdim. Birdən bir xanım mənə yaxınlaşaraq

- Salam, hər vaxtınız xeyir. Əgər yanınız boşdursa otura bilərəmmi?

- Buyurun, xanım, oturun.

Gözəl siması var idi, insana hüzur verirdi. Söhbət əsnasında başına gələn fəlakətləri danışdı. Həyatımız çox bənzəyirdi. Hava qaralanadək parkı gəzərək söhbət etdik. Gül satan bizə yaxınlaşanda bizi evli sanıb bir-birinizə çox yaraşırsınız, Allah xoşbəxt etsin dedi.

Ona bir gül aldım, o da mənə bir gül aldı.

Evə gəldiyim zaman ilk iş gülü vazaya qoydum. Səhərə qədər gülə baxaraq onu düşündüm. Artıq hər gün parkda görüşürdük. Onunla görüşdüyüm zaman işlərim çox gözəl alınırdı.

Günlər bir-birini o qədər tez qovalayır və zaman bizi bir-birimizə o qədər tez bağladı ki, hər şüy bir göz qırpımında baş verdi. Yenidən sevmək, qaranlığa qərq olmaqdan çox qorxurdum. Ruhum ikinci dəfə sevgi əzabına dözəcək qədər yükü daşıya bilməzdi. Onu görəndə əllərim əsir. Təzəcə anadan olmuş bala bir pişiyi xatırladırdım. Sevgisi məni yandırıb yaxırdı. Onun qəlbimdəki yeri günü-gündən böyüyürdü. Yox, bəlkə də bilmədən yenidən bir dolanbaca daxil olurdum. O da mənə sevgi dolu baxırdı. Mənə sənin yanında olduğum zaman özümü rahat hiss edirəm deyirdi.

Amma ona “səni sevirəm” deyə bilmirdim. Bu isə məni yandırırdı. Qəlbim hər gün ona “səni sevirəm” deyəcəyim günü səbirsizliklə gözləyirdi.

Hər gün onsuz mənə qaranlıq idi. Onun mənə verdiyi gülü qurudaraq saxlamışdım. Hər an o gülü iyləyərək onu arzulayırdım.

Artıq o gün yetişmişdi. Ona hər şeyi göz önünə alaraq “Səni sevirəm” dedim.

Əllərimi tutdu və sinəsinə apararaq:

- Bax, bu qəlbim nə vaxta qədər döyünəcəksə o vaxta qədər də səni sevəcəyəm - dedi.

Onu qucaqladım. O gündən sonra hər şey dəyişdi. Biz evləndik. Sevgiyə olan nifrətim sevgiyə olan sevgimlə əvəz olundu. Həyatımız əla keçirdi.

Bir gün mənə yaxınlaşaraq dedi.

-

Əzizim, sənə verdiyim gülü hələ də saxladığına inana bilmirəm. Sən məni bu qədərmi çox sevirsən.

- Əlbəttə. Sən mənim hər şeyimsən. Allah uzaq etsin, bir gün əgər uca Tanrı məni səndən, səni məndən ayırarsa bu gülləri özümüzdən ayırmayaq deyə saxlamışam. Amma inşallah o gün qismət olmaz.

O hər gün bir yarpaq kimi saralırdı. Dərdini anlamırdım. Həkimə getdiyimizdə həkim bizə onun əlacsız bir xəstəliyə tutulduğunu dedi.

Dünyam alt-üst oldu. Əlim-qolum bağlı onun gözlərimin önündə ölməsini görmək məni boğurdu. Amma əldən nə gələr?

Evliliyimizin 12-ci ilində tanrı onu məndən aldı. Qəlbimdə olan bütün varlığımda onunla getdi. Mən isə ondan mənə qalan “Tənha Gül” ilə həyatdan gedəcəyim günə qollarımı açmışam. Onsuzluq dünyada mənə ən acı və ağır günlərimi yaşadırdı. Onun mənə verdiyi gülü pəncərənin önündə bir vazaya qoydum, hər gün əsən küləklə gülün solmuş ləçəkləriylə birlikdə mənim də ömrümdən günlər qoparaq məni ona aparırdı.

# 3246 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #