Narkotiki təbliğ edən mahnı

Narkotiki təbliğ edən mahnı
30 iyun 2014
# 12:34

İstirahət parklarının birində əyləşib təzə aldığım kitabı vərəqləyirdim. Yaxınlıqda 8-9 yaşlarında oğlan uşaqları oturub öz aralarında nəyisə müzakirə edirdilər. Düzü, kitaba o qədər aludə olmuşdum ki, onların nə barədə danışdıqlarına fikir vermirdim. Sonra telefonda musiqi səsləndi. Qəribə, bayağı bir musiqi: “Bu da təzə temadır, yetim”. Mahnının sözləri diqqətimi çəkdi. “Mahnıcıq” narkotik, daha dəqiq desək, həşiş haqqında imiş. İstifadəsindən tutmuş, hansı bölgədə daha yaxşı narkotikin olmasına qədər hər şey aydın şəkildə təsvir edilirdi. Və uşaqlar bu mahnını elə həvəslə, xorla oxuyurdular ki, qıraqdan bunların festivala hazırlaşdıqlarını zənn etmək olardı.

Qəribə idi, sonra buna bənzər daha 5-6 mahnı səsləndi və bu mahnıların niyə yazıldığını, nə məqsədlə yazıldığını anlamadım. Oğlanlar isə öz əyləncələrində idi. Mənə fikir vermirdilər. Sonra oradan uzaqlaşdım. Amma yol boyu beynimə bir fikir hakim oldu: nəinki uşaqlar, elə böyüklər də bu mahnıları sevə-sevə dinləyirlər. Bu musiqi kimə lazımdır? Bu musiqi ilə niyə narkotik vasitələrin təbliği gedir? Buna kim nəzarət etməlidir? Bu, bizi hara aparır?!

ABŞ alimləri insan beyninə musiqinin olduqca böyük təsirini aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, yaş ötdükcə beyində musiqi duyumuna təsir edən dəyişikliklər olur. Məsələn, yaşlı insanlarda beynində dəyişən səslərə qarşı daha yavaş reaksiya gedir.

Həkim Ninan Kraus və onun həmkarları bunu yoxlamağa qərar veriblər. Məlum olub ki, insanlar uşaqlıqda qulaq asdığı musiqilərə daha tez reaksiya verir. Həkim Krausun fikrincə, uşaqlar üçün musiqi təhsilinin olması çox vacibdir. Bu, beyni qocalmaqdan qoruyur, inkişafını sürətləndirir.

Araşdırmadan göründüyü kimi uşaq vaxtı dinlənilən musiqilər insan beyninə daha çox təsir edir, daha tez qavranılır. Bu gün isə bizim uşaqlar musiqi ilə təhsil yerinə bu tip ürəkbulandıran, bayağı, üstəlik zərərli vərdişi təbliğ edən mahnılara qulaq asırlarsa və bu mahnıların təsiri ilə narkotiki düşünürlərsə, gələcəyimiz təhlükədədir!

Həkimlər musiqi ilə xəstəlikləri müalicə edir. Lakin bu gün bizim gənclərin qulaq asdığı musiqilər, mahnılar insanı cəhalətə sürükləyən ən böyük “stimuldur”. Bu “stimullaşdırma” gələcəkdə cahil bir kütlənin formalaşmasına gətirib çıxara bilər.

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #