Susdular dərdimizə bizim, Qarabağ!

Susdular dərdimizə bizim, Qarabağ!
17 dekabr 2012
# 16:47

Gümanə Məmmədli

Gözlə bizi Qarabağ

Mənim torpağıma qanlar bulandı,

Həsrətin sinəmi yandırdı-yaxdı.

Susdular dərdimizə bizim, Qarabağ,

Dözməyir ürəyim, ey ana torpaq.

Düzülüb meyitlər yan-yana

Kəsilmiş başlar donmuş uşaqlar,

Tarix unutmayacaq bunu heç zaman

Dərdlidir Qarabağım, dərdlidir yaman.

Bir olan Allaha sığınırıq biz,

Ədalət yerini tapacaq bir gün.

Nə düşmən, nədəki həsrət

Ayıra bilməz bizi Qarabağdan.

Biz gələcəyik, gözlə sən bizi,

Qoymarıq səni düşmən əlində,

Alacaq Azərbaycan Qarabağını,

Siləcək ürəyindəki həsrət dağını.

Sevdalı könlüm

Yanar ürək, ağlar gözlər,

Susar dəniz, batar günəş.

Qaçar ağlım, coşar ürək,

Sevmə, könlüm, sevmə

Loğman dərdimi bilməz

Ölən cismim geri dönməz.

Sənsiz ürəyim gülməz,

Getmə, könlüm, getmə.

Sən allahın qulusan,

Ondan qayrı yoxdur dava,

Gümanə aciz quldur,

Səndən şəfa gəlsin mənə.

Əsgər

Torpaq sənə əmanət əsgər!
Sən əsgər yerində, Allah sənin üstündə
Borcunu qaytar, bu Vətənə əsgər!
Silah sənin əlində, düşmən sənin önündə,
Gücünü görək, əsgər!
Şəhidlər sıra-sıra, canım qurban torpağa
halal sənə, əsgər!
Düşmən görsün səni, titrəsin ürəkləri,
qalib Azərbaycan əsgəri.

Analar igid doğur, adları Azərbaycan əsgəri.
Torpaq üstə, qar üstə, qoruyur Vətəni
bizim əsgər.
Alacaq torpağı düşməndən bizim əsgər
halal sənə, əsgər.

Yüksək bayraq

Sənin üçün can da fəda.
Uzaq olsun səndən xata.
Üç rəngli bayrağım.
Mənim AZƏRBAYCANIM.

Çingiz, Mübariz, Fərid.
Yüksəltdilər adını
Üç rəngli bayrağım
Mənim Azərbaycanım.

Şəhər və eşq

Axtarmayacam səni.
Öldürsə hicran məni.
Bu şəhərdən getsəm mən
Bəlkə unudum səni.

Nələr xəyal eylədim,
Səni unuda bilmədim.
Öz-özümə söylədim.
Bu hicran niyə söylə.

# 2908 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #