Dərsə qız tutmaq üçün gələnlər

Dərsə qız tutmaq üçün gələnlər
15 dekabr 2014
# 15:18

Məktəb təlim, tərbiyə və tədris ocağıdır. Təəssüf ki, son zamanlar bu müqəddəs ocağa olan münasibət dəyişib.

Valideynlərin bəziləri övladlarını onların səs-küyündən xilas olmaq üçün məktəbə göndərirlər. Yəni onlar məktəbə saxlanc kimi yanaşırlar. Şagirdlərin də məktəbə münasibəti birmənalı deyil. Əksər şagirdlər də təhsil ocaqlarına dərs öyrənməyə deyil, gün keçirməyə, qız tutmağa gedirlər. O cür şagirdlər üçün məktəb təhsil ocağından çox parka, sevgilər bağıdır. Qeyd etdiyimiz şagirdlər ali təhsil almaq, daha doğrusu, diplom almaq eşqinə yalnız yuxarı siniflərdə düşürlər. Bəlkə də bu gün diplomlu işsizlərin olmasına səbəblərdən də biri budur.

Bu məsələdə günahkarlardan biri də valideynlərdir. Təəssüflər ki, valideynlər məktəblə əlaqəni tamamilə üzüblər. Əksər valideynlər övladı ya birinci sinfə gedəndə, ya da 11-ci sinfi bitirəndə - son zəng günü məktəbə üz tuturlar.

Şagirdlərin bəziləri (onların arasında bizim sinif yoldaşlarımız da var) məktəbə şalvarının kəmərinə bir dəftər keçirməklə gedirlər. Şalvarın kəmərinə bir dəftər keçirməklə isə savad qazanmaq, elm öyrənmək olmur. Görünür, bu məsələdə məktəb rəhbərliyinin də nəzarətsizliyi özünü göstərir. Əgər bir şagirdin əlində kitabı, dəftəri yoxdursa, onun məktəbdə nə işi ola bilər? Məktəbə “təki şagirdlərin sayı çox olsun” prinsipi ilə yanaşmaq doğru deyil. Bu cür yanaşmalar təhsilimizi uçuruma aparır. Mütləq təhsilə, məktəbə yanaşmamızı dəyişməliyik. Dəyişək ki, inkişaf edək. Çünki XXI əsr inkişaf, elm, təhsil və bacarıq əsridir.

P.S. Məktəbə bir dəftərlə (hərçənd o dəftərdə sevgi şeirlərindən başqa heç nə yox idi ) gedənlərdən biri də mənim sinif yoldaşım Nicatdır. Bir neçə gündən sonra isə ali təhsilli xanımla ailə həyatı quracaq. Özü isə oxumadığına, ali təhsil almadığına görə peşmandır.

# 1326 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #