Mahir Orucov
həyatın bizi 
yolduğu kimi
yolunan 
çobanyastığının ləçəklərinin 
ahına, səsinə,
suda boğulan
hamilə su pərisinin
naləsinə,
barmaqlarının ağrısından
dayana bilməyən
rəssamın axan
göz yaşlarının rəngsizliyinə,
dar ağacından asılan
məhkuma dayaq olan
ağacın çarəsizliyinə....
və nəhayət,
günahsızlığını 
sübut edə bilməyən
bir qadının daşlanmasına
qarşı olan
daşın dəyərsizliyinə
səksənirəm mən.