Şeirə oxşamayan "şeir"

Şeirə oxşamayan "şeir"
15 may 2013
# 07:00

Əzir

Dayanmışam…
Bəlkə durmuşam…
Bəlkə də bitmişəm
məzarının ayağında.
Arx kənarında
ayağından su içib
öyünərək qürrələnən
barsız söyüd kimi.
Baxıb-baxıb baş daşına
olmuşam məzarına ayaq daşı…
Cavab verməsən də eşit,
səndən soruşuram:
Ölü sənsən, ya mən?..
Sənin məzarına damcılayır
göz yaşlarım – dupduru.
Mənim üstümə çilənir
şərin rəzalət yağışı.
Bir qarın çörəyi itirməyin
qorxu qarğışı…
Sən bunlara dözməyib dedin:
«Əlvida!
Torpağı özümə yorğan etdim».
Mən isə üstdən aşağı yanıb
qorxumdan, yazıqlığımdan
baş əvəzinə
ayağımdan tüstüləndim…
Səni əbədiyyət evinə
yaxasız ağ köynəkdə
necə qoyublarsa
eləcə də qalmısan.
Mən isə riyakarlıq maskalarını
dəyişə-dəyişə tamam çaşmışam.
Şair demişkən:
«Yerin üstü bazar, altı məzar»...
Deməli, o dünayaya gedənlərin
bir ünvanı var:
Üstü soyuq, içi isti məzar.
Bu dünyada qalanların
riyakarlıq ünvanının sonu yox…
O dünyadakılar susmağı bacarırlar.
Bu dünyadakılar yaltaqlığın
hətta güclə görünən
sapı üstündə də
hoqqabazlıq çıxarırlar.
İndi soruşuram:
Ölü sənsən, ya mən?..
Bəlkə hıçqırıqla pıçıldayırsan bu sözləri:
«Sənsən ölü!..
...Amma deməyə gəlmir dilim»…
Əgər səsin çatmırsa yuxarı
onda birlikdə dua edək:
Ulu tanrı, mənə təpər ver
məzara girim…

# 1851 dəfə oxunub

Oxşar xəbərlər

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

Aş qonaqlığı - Xaliq Rəhimlinin hekayəsi

12:00 21 may 2024
# # #