Kamran Şeyxzamanlı
Üsyan!
Elə getmək istəyirəm
arxama baxmadan
saatımı götürmədən
heç bir çanta filan
yemək də istəmirəm.
Elə söymək istəyirəm
uşağın anadan olanda
anasını söyən kimi
ağlayaraq, çırpınaraq.
Elə çırpmaq istəyirəm
Qapını üzümə
Üzlərini göəməyim
Atamın
Anamın
Qardaşımın.
Elə söymək istəyirəm
Dünyaya, həyata
cəmiyyətə və sənə
Bəlkə eşidər tanrı
Söyüşlərimi
Axı o eşitmək istəmir
Dualarımı ,Üsyanımı
fəryadımı, naləmi..
Getmək istəyirəm
Uzaq bir adaya
İnsanların az olduğu
İnsanlığın olduğu
Bir yerə.
Axı darıxmaq
Bura üçün
Cəhənnəmçün
Qonşumuz
Limon satan xalaçün
Tütək çalan qaraçı üçün.
Getmək istəyirəm
Ancaq
Mən bilirəm axı
Həyat dediyin
Yaşam, darıxmaq, ölüm
Arasında keçən
Gözəl, çirkin, kasıb, zəngin
Bütün qadınların
Eyni dadı verdiyi
Yumru bir kürədə
Mənasızlıq içində
əzab çəkməkdən ibarətdir.
Getmək istəyirəm
Hara ?
Hara gedirsən get
Qayıdacaqsan əlbət bir gün
Bu pisliyin - yaşamın içinə
Hamımız bir gün gedəcəyik
Ölümə-naməlum yerə
Gəldiyimiz yerə.