Sən nə boydasan ki?

Sən nə boydasan ki?
19 iyul 2013
# 15:58

Yenə əyləşdim səninlə təkbətək. Yenə sən keçdin pərdənin arxasına.

Bilirəm məni hövsələsiz şəkildə dinləyirsən. Nə əcəb səndən? Axı sən heç kimə qulaq asmırsan.

...Amma məni dinləyəcəksən!

Sakitlik istərdim... sən boyda ... rahatlıq istərdim sən boyda... sual verə bilərlər niyə məhz sən boyda. Sən nə boydasan ki? Elə başqası boyda olardı da. Niyə elə sən, sən, sən yenə də sən!!! Əvəzedilməzliyin nədəndi ki? Əvəz edilməz heç nə yoxdu axı. Hamı, hər şey əvəz edilir kimləsə və bəzən nəyləsə! Amma sən... Nəsə çox səndən danışdım eee. Elə bilmə ki, yaxşı olduğuna görə səni tez-tez xatırlayıram. Sadəcə buna məcburam. Bunu məndən daxilim tələb edir. Bunu məndən ruhum istəyir. Deməzdim ürəyim istəyir. Yox! yox! Mənim ürəyim elə də aciz deyil ki, hər addım başı səni istəsin! Sadəcə insanam da... Olur arada... Amma onu da deyim ki, hər "insan" da istəmir səni. Deyirlər insan hörmət etdiyindən çəkinir, qorxur! Mən səndən heç qorxmuram da! Kimsən sən, nəsən sən? Arada heç olmasa özün-özünə sual vermisən? Yaxşı bəsdir! Çıx pərdə arxasından! Bəsdir gizləndin! Üzün yoxdu üzümə çıxmağa bilirəm .Amma yenə də çıx, çıx! Əvvəl-axır çıxmalısan hər kəsin qarşısına! Hamı səni qiyabi tanıyır onsuz da. Çıx! Onsuz da hamı sənin kim və nə olduğunu biləcək. Və nəhayət sükut! Son dərəcədə səssizlik! Onsuz da heç kim səsini çıxara bilmir! Buyur, gəl! Qarşılayın, bu odu! Hər zaman gözlənilmədən hər kəsin qapısını döyə bilər. Tanış olun! Bu Ölümdü! Geridə qalan çıxışı ona buraxıram!!! Mən isə zalı tərk edirəm. Ürəyin istəsə çıxışını bitirəndən sonra dalımca gələrsən...

# 2233 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #