Nərgiz Nazim
Sakit, səssiz, soyuq gündə
Eeee obaşdan oyanmışam,
Bu başıma tələsirəm
Günəşdən od əmən xoş duyğularla,
Addım-addım görüşünə tələsirəm.
Saatlar keçmək bilməyir
dəqiqələr durub qəsdə,
Yollarıma qəm qataraq,
arpa boyu yerişlərlə
Öz-özümlə sözləşirəm
Görüşünə tələsirəm.
Yorğun könlüm,
hər ötəri baxışınla şəfəqlənir.
Mən dramla əylənirəm
Görüşünə tələsirəm.
***
Sual edirsən ki, mənə aşiq olmusan?
Alacalanmış sənə dikilən
bir cüt ala göz görmüsən yəqin
Bilirsən, təbəssümündən titrəyən qadının
bir az əvvələ kimi
ümid közərtisi var idi
İndilərdə o da söndü....
Deyirlər ki, qaşıq içi qədər sevgilər,
Elə bir qaşıq suda boğulmağa məhkumdu...
Sual edirsən ki, mənə aşiq olmusan?
Çirkli pəncərələrin arxasında donuq,
dumduru parlayan gözlər,
çatılan qara qaşlar,
öpüləsi alında incə,
uzun qırışlar görmüşəm yəqin...