Mahir Orucov
Kaş ki mən də...
Heç yağış altında 
öpüşmüsənmi?
Yağışın damcısı 
öpüşünə qarışıb 
hisslərini ona öturə
bilibmi sənin?
Yağışın soyuğunda 
istilik hiss etmisənmi
dodaqlarında?
Sanki bu dünyanın 
tək Adəmi Həvvası
sanmısanmı 
o zaman özünü...?
Dənizin qırağında,
ayın parlaq işığında 
dənizin ləpələri
qulağına deyilən
sözlərə heç 
mane olubmu?
Qışın qarlı günündə,
meşənin dərinliyində
ocaq qalayıb
bir birinizə sarılıb,
ürəyinizin 
həzin musiqisinə
heç qulaq asmısınızmı?...
...indi bunu oxuduqca 
"kaş mən də yaşayırdım o hissləri" 
deyən sən deyilmisənmi....??!!...