Səni öpən kimi

Səni öpən kimi
29 mart 2013
# 18:57

Kamran Şeyxzamanlı

Uzaqlara-Himalay dağının arxasına

Sənsizliyə öyrəşdirmə məni
uçub getsən uzaqlara
bax ey ora
Himalay dağının arxasına
nə edərəm axı mən?!
bu qara, balaca, kövrək oğlan
baş barmağını dişləyərək
hıçqıraraq için-için
ağlayaram sən getsən.
Bayramlarda gülmərəm
içərəm sənsizliyə
sənin yanına gəlmək üçün
qaranquşlara qoşulub
qatar olub gələrəm
bax ora
uzaq Himalay dağının arxasına.
Sən getsən üzüm gülməz
dodaqlarım dodaqlarına
əlim əllərinə
gözüm gözlərinə
həsrət qalar.
Əgər ki, uçub getsən uzaqlara
orda bir qarayanız oğlan
sevərsən
mən də mənə bənzəyən
birini sevdin deyərəm.
Bəd dua etmərəm sənə
Sevgimi qəlbimə basdırıb
Bir məktub yazaram
öpərəm məktubu
doyunca bax səni öpən kimi
qadınım, dostum, sevgilim
deyən kimi
Göndərərəm bax ora
Ey uzaq Himalay dağının arxasına.
Getsən, getsən uzaqlara
Mən nə edərəm?!
Dişlərəm baş barmağımı
Silərəm göz yaşımı
Deyərəm dostlara
qəlbimdən bir mələk uçdu

bax ora
ey uzaq Himalay dağının arxasına

# 2285 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #