Ana

Ana
29 may 2013
# 13:06

Ana! Yerin göyün əşrəfi Ana! Bizi isidən, bizə hərarət verən Günəş! İncə varlıq, el-obaya, dünyaya işıq paylayan Ana!

Yer üzündə həyat bərqərar olandan bəşəriyyətin yaradıcısı Ana! Ürəyimizdə qaynayıb daşan əbədi ilham olan Ana!

Bir rəssam tanıyıram, böyük bir rəssam. İstədi yaratsın portretini sənin, necə varsansa, eləcə... İllərlə işlədi, əziyyət çəkdi, nəhayət ki yaratdı. Yaratdığı əsər sənə çox oxşayırdı, çox... Ancaq elə bil hansısa cizgisə unudulmuşdu, hansısa rəng yaddan çıxmışdı...

Bir bəstəkar tanıyıram, böyük bir bəstəkar. Sənə nəğmə qoşmaq istədi. Elə bir nəğmə ki, səslənəndə yer də, göy də titrəsin, göydə uçan quşlar da qanad çalsın, bu nəğməni həsrətlə dinləsin...

Yox ana, yox. Yer, göy titrəsə də, quşlar göydə qanad saxlasa da, heç sənin bircə “Balam laylay, ay laylay”ına çatammadı...

Bir şair tanıyıram, böyük bir şair. O da istədi göstərsin övladlıq borcunu, şəninə layiq şeir qoşsun. Düzüldü misralar yan-yana... Gözəl yazılmışdı, gözəl də səslənirdi... Ancaq bu da sən deyildin, Ana!

Rəssamlar da, bəstəkarlar da, şairlər də, heykəltəraşlar da, nəğməkarlar da, əlqərəz hamı çox çalışdı, çox vuruşdu, çox yazdı-yaratdı. Hər kəs çox arzusunda oldu ki, sənə layiq ən gözəl əsərini yaratsın Ana!

Amma hər birində nəsə çatmadı, Ana!

Deyirəm bütün sənətkarlar nahaq düşmüşlər dağa-daşa... ANA UCALIĞINI yaratmaq məgər mümkündürmü? Mənim ən hərarətli Günəşim də, ən uca dağım da, ən dahi əsərim də, ən şirin nəğməm də, ən lətif şeirim də sənsən Ana! Kainatın, yerin-göyün ən böyük şah əsəri sən özünsən Ana!!!

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #