"Oskar mükafatına təqdimat komissiyası" işə başlayır

"Oskar mükafatına təqdimat komissiyası" işə başlayır
13 may 2025
# 15:14

Azərbaycan filmlərinin 98-ci Oskar mükafatına təqdimat komissiyası öz işinə start verir. Beynəlxalq film, əsasən (50%-dən çox), qeyri-ingilis dilində olan ABŞ və onun hüdudlarından kənarda istehsal edilmiş tammetrajlı film (40 dəqiqədən çox) hesab edilir. Animasiya, sənədli və bədii filmlərin qəbulu məqbuldur.

Kulis.az xəbər verir ki, rəsmi hesab edilən seçim komitələri “Beynəlxalq tammetrajlı film” kateqoriyasına baxılmaq üçün yalnız bir filmi təqdim edə bilərlər.

Ölkə tərəfindən seçilmiş film ilk dəfə istehsal olunduğu ölkədə yayımlanmalı və 1 oktyabr 2024-cü il və 30 sentyabr 2025-ci il tarixlərindən gec olmayaraq, ən azı yeddi gün ardıcıl olaraq prokatda olmalıdır.

Filmlərin kino nümayişi üçün uyğunluğunu asanlaşdırmaq məqsədilə, Akademiya onların istehsal olunduğu ölkədən kənarda da prokata çıxmasına icazə verir. Şərt ondan ibarətdir ki, film, ABŞ və onun əraziləri xaricində yerləşən kommersiya kinoteatrında, ödənişli şəkildə və ardıcıl olaraq azı yeddi gün nümayiş etdirilsin.

Filmlər DVD və ya fleşkardda Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.

Son tarix 15 iyul 2025-ci il
Ünvan : Azərbaycan Kinematoqrafçılar İttifaqı
Bakı, Bülbül prospekti 30.Tel: 0124936586

# 1737 dəfə oxunub

Oxşar xəbərlər

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Kino Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

10:20 30 iyul 2026
Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

14:20 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:40 29 iyul 2026
Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

13:20 29 iyul 2026
"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

13:00 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər