Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

Ramiz Əzizbəylinin  kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu
21 oktyabr 2026
# 10:53

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılabn Məmməd Məmmədzadə yarım milyon manatlıq dələduzluqda ittiham olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, onların zərərçəkmişlərə vurduğu ziyan 600 min manatdan çoxdur.

Xatırladaq ki, Rüfət Qasımzadə bu ilin fevral ayından külli miqdarda dələduzluqda ittiham olujur. Onunla bağlı sosial şəbəkədə məlumat yayılıb və polis tərəfindən araşdırma aparıldığı bildirilib.

Daha sonra DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıblar.

Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

***

10:30

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.

Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

"Bitlz" üçün muzey tikilir:  Liverpulda yeni məkan 2028-ci ildə açılacaq

"Bitlz" üçün muzey tikilir: Liverpulda yeni məkan 2028-ci ildə açılacaq

11:40 21 oktyabr 2026
Maykl Ceksonun ikinci bioqrafik filmi ilə bağlı yeni ittihamlar

Maykl Ceksonun ikinci bioqrafik filmi ilə bağlı yeni ittihamlar

11:20 21 oktyabr 2026
Xəlil Rza Ulutürk:  Xalqın harayına çevrilən səs, imperiyanın qorxduğu şair

Xəlil Rza Ulutürk: Xalqın harayına çevrilən səs, imperiyanın qorxduğu şair

11:00 21 oktyabr 2026
Miray Kerinin  məhkəməsi bitdi

Miray Kerinin məhkəməsi bitdi

10:40 21 oktyabr 2026
“Bir Ömrün Konstitusiyası” sənədli filminin  təqdimat mərasimi keçirildi

“Bir Ömrün Konstitusiyası” sənədli filminin təqdimat mərasimi keçirildi

10:36 21 oktyabr 2026
Xalq artisti Hacı Murad Yagizarovun məzar daşı ucaldıldı

Xalq artisti Hacı Murad Yagizarovun məzar daşı ucaldıldı

10:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər