Erotik səhnələr necə çəkilir? - ARAŞDIRMA
29 avqust 2012
11:39
Cinsi məzmunlu sənətin tarixi sənətin özü ilə yaşıddır. Məhrəm fotoşəkillər, fotoaparatın icadından bəri vardır. İlk filmlərdə də çılpaqlıq və cinsilik olduqca məşhur olub. Amma çılpaqlığı və cinsəlliyi göstərən səhnələr hələ daş dövründə yonma sənətində meydana gəlib. Doğrudur, bu görüntülər insanı təhriketmə məqsədindən çox, ruhani məzmun ifadə edirdi.
Pompeydəki xarabalıqların divarlarda da bir çox pornoqrafik görüntüyə rast gəlinir. Ən maraqlılarından biri də hər qapısının üstündə cinsi fiqurlar olan pritondur.
Bundan əlavə, 2005-ci ildə alman arxeoloqlar 7200 illik pornoqrafik qalıqların tapıldığını bəyan etdilər.
Hər şey XX əsrdə dəyişdi
XX əsrin 20-ci illərində ABŞ-da pornoqrafik romanlar nəşr olunmağa başladı. Əsrin ikinci yarısında “Playboy” və “Modern Man” kimi kişi jurnalları nəşr olundu. Bu jurnallarda çılpaq və ya yarıçılpaq qadınların özlərini oxşayan şəkilləri verilirdi, amma cinsi orqanları görünmürdü. Lakin 1960-cı illərın sonunda “Penthouse” dozanı artırdı və 90-cı illərdə artıq jurnallarda qrup seks və lesbiyanlıq də daxil olmaqla pornonun bir çox fərqli növü açıq şəkildə dərc olunurdu.
Mütəxəssislər deyir ki, pornoqrafik görüntülərə düşkünlük, kişilərdə qadınlardan daha çoxdur. Kişilər bunu üçün pul ödəməyə də hazırdırlar, amma əksər qadınlar bunun üçün əllərini ciblərinə salmağı ağıllarına da gətirmirlər.
İlk filmin istehsalından dərhal sonra çılpaq səhnələr də ekranlaşdırıldı. Lakin qısa müddət ərzində o səhnələr sənət adı altında artmağa başladı. Doğrudur, filmdə sevişmə səhnəsinin sənətlə heç bir əlaqəsinin olmadığını düşünsək də, bütün hallarda dünyanın əxlaq məcəlləsini müəyyən etməyə “and içmiş” Qərb bunu filmin ayrılmaz hissəsinə çevirməklə, evlərimizə qədər soxa bilib. Əlbəttə, həyatın ayrılmaz hissəsi olan sevişmənin həyatı canlandıran filmlərdə olmasına qarşı deyilik, sadəcə, bunu sənət kimi “yeməyə” də başımızı yelləyə bilmərik.
1970-ci ildə danimarkalı kriminal mütəxəssisi Berl Kutçinskinin hazırladığı hesabatda pornoqrafiyanın və bu kimi səhnələrin cinsi cinayətlərin artımında əhəmiyyətli rol oynadığını üzə çıxarıb. Əlbəttə, müsəlman-türk ölkəsində bu faciəni də yaşamaq istəmirik. Berldən fərqli olaraq, Martın Hald və Neil Malamutun son araşdırmalarında isə o səhnələrin kişi və qadınların cinsi həyatında faydalı olduğunu ortaya çıxardı.
Hərəkətlərə necə haqq qazandırılır?
Onlar “filmdə seks olmadan bütün mənəvi və platonik impulslar natamam olur” deyirlər. Bəs, erotik səhnələrə çəkilən aktyorlar bu hisslər barədə nə düşünürlər? Bəziləri bunu işin bir hissəsi kimi qəbul edir, bəziləri isə ümumiyyətlə qəbul etmir. Beləliklə, bu yazımız erotik səhnələrin necə çəkildiyi barədədir.
Əgər bir istehsalda cinsi səhnələr varsa, bəzən filmin özündən daha çox bu haqda danışılar. Hələ o səhnələrdə ulduz oyunçular rol alıbsa... Bəzən də bu səhnələr istehsalçı şirkət tərəfindən reklam məqsədiylə bilərəkdən mətbuata sızdırılır.
Deyirlər ki, həqiqi ehtiras ekranda cəfəng və yumşaq desək, çox da gözəl görünmür. Yəqin buna görədir ki, kino arsenalında xüsusi səhnələri çəkmək üçün ağır texniki qurğular var.
Əlbəttə, onlar görünürlər... Xüsusi səhnələrə çəkilməkdən imtina edən kino ulduzları, qaydalara görə, özlərinə məzlum libası kimi bir şey geyindirirlər.
Təəccüblü deyil ki, bəzi Hollivud ulduzcuqları “təbii” səhnələrə çəkilməyə razılıq verməklə özlərini bu “gözəlliyə” layiq bilirlər. Və belə “təbiiçilər” çoxdan da çox olur.
Açıq səhnələrin “namuslu” bəhanələri
Əslində, “Film sektorunda açıq səhnələr necə çəkilir” sualına birmənalı cavab vermək mümkün deyil. Bu, yəqin hər filmə görə fərqli ola bilir. Amma bəzi səhnələr var ki, onlar barədə çox danışılır. Həmin səhnələrin qəhrəmanlarının o anlar barədə nə düşündüklərinə nəzər yetirək.
Məsələn, “Piano” filmində Harvi Keytellə “sevgi oyunu”ndan çıxmış tanınmış dram aktrisası Halli Hanter deyir ki, mən seks səhnələri üçün dublyor və xüsusi geyimi qəti qəbul etmirəm. Bu nə cəfəngiyatdır! Belə epizodlarda çəkilmək istəmirsənsə, rol uğrunda mübarizə aparmağa dəyməz! Harvi və mən bunu heç fikirləşməmişik də”.
Mütəxəssislər hesab edirlər ki, “Piano”da sevgi səhnələri o qədər canlıdır ki, dublyora razılaşmaqla aktrisa məzmunu yayındıra bilərdi, buna görə də doğru qərar verib.
Natali Portman isə “Ulduz döyüşçüsü” filmində Hayden Kristensenlə öpüşmə səhnəsinə görə heç də razı deyildi. O deyir ki, rejissor ona tərəf müqabili ilə necə öpüşməyin lazım olduğunu göstərəndə özünü fahişə kimi hiss edib. Amma markasının aşağı düşəcəyindən qorxduğu üçün elə mahir və gözəl öpüşüb ki, sonralar belə səhnələr üçün bir çox reklam filmlərinə dəvət alıb və onları dəyərləndirib.
Rejissor Ceyms Foli deyir ki, əgər seks səhnələri çəkəcəksənsə, o zaman porno oyunçuları gətir və onları sevişdir. Anneka De Lorenzo və Pendiri Uaqner arasındakı lesbi sevişmə səhnəsi 12 dəqiqə davam etdi. Həqiqi aktyorlar olsaydı, bunun nə qədər çətin olacağını düşünə bilirsinizmi?
Jennifer Tilli (“Qəribə əlaqələr”): “Seks ssenasisti Susan Bricitin texniki məsləhətçi olaraq çəkilişlərdə olması çox yaxşı oldu. Yataq səhnələrini daha canlı oynamamı təmin etdi. Cina Gerşona gəlincə, belə deyə bilərəm: Əgər qadınlarla birlikdə olmağa başlayacaqsınızsa, Cina yaxşı başlanğıc ola bilər”.
Cina Gerşon: “Çox güldük. Jenniferə qibtə edirəm, filmin sonunda aramızda qardaşca bir sevgi oldu. Məsələn, o belə deyirdi: “Onu burada tut və sıxma”. Mən davam edirdim... “İndi əlini bura qoy...” Əla zaman keçirdik!”
Hiter Grehem (“Qızdırmalı gecələr” filminin oyunçusu): “Seks səhnələri əsnasında, doğru ya da səhv etdiyimdən heç narahat olmadım. Mən bir seks mütəxəssisiyəm. Bir rejissor, ya da bir texniki məsləhətçiyə ehtiyac duymadım. Pornofilmləri izləyərkən də bunu hiss etdim. Əgər siz etdiyiniz işdən kef alırsınızsa, qarşı tərəfdə də eyni zövqü yaşayırsa, deməli, işinizi yaxşı bacarmısınız”.
Özgəsi ilə seksə ailəvi razılıq
Ceyda Düvenci, Uğur Ucalın lentə aldığı və baş rollarından birini oynadığı “Əjdaha tələsi” filmində bir pavilyon müğənnisini canlandırmışdı. Ssenariyə uyğun olaraq Uğur Ucalla yatağa girən Düvenci bu səhnələr üçün ərinin razılığını aldığını söyləyib. Düvenci əri Əngin Akgünün onu dəstəklədiyini söyləyərək “Əngin, 15 illik karyeraya bir ildir qurduğumuz evliliklə dəyişiklik gətirən deyiləm. Bu hörmətsizliyi sənə etmərəm! Həm də səni illərdir tanıyıram, sənə qarşı ən kiçik etibarsızlığım ola bilməz” deyərək məni dəstəklədi”.
Maraqlı budur ki, həmin sevişmə səhnələri sonra ssenaridən çıxarılıb.
İzlənilmə rekordları qıran “Yarpaq dökümü” serialında Fikrət obrazını oynayan Bennu Yıldırımlar “Göydən üç alma düşdü” adlı filmdə açıq səhnələrdə rol alıb. Rol yoldaşı Kürşat Alnıaçık ilə yatan Yıldırımlar, teatr sənətçisi olan əri Bülent Əmin Yararın bu səhnələrə qarışmadığını söyləyib. Yıldırımlar “Mən təhsilini aldığım işi etdim və bu filmdəki rolumla əlaqədar heç bir reaksiya da görmədim. Xüsusilə də ərimdən. Çünki o, işimi gördüyümü bilir. Mən tənqidlərə açıq insanam. Filmdə bir fahişəni oynamağım lazım idi. Mən də oyunçuyam, oyunu qaydasına görə oynadım”' - deyib.
“Karadağlar” serialında birlikdə rol alan Ərdal Özyağcılar ilə xanımı Güzin Özyağcılar isə ssenaridəki öpüşmə səhnəsinə görə çətin anlar yaşayıblar.
Serialda Ərdal Özyağcılar Xalid bəyi, həyat yoldaşı ev xidmətçisini oynayır. Ssenariyə görə, Özyağcıların Xədicə Şendil ilə öpüşdüyü səhnənin çəkilişləri əsnasında setdə olan Güzin Özyağcılar o anları belə izah etdi: “Ərdal ilə Xədicənin gərilməməsi üçün öpüşmə səhnəsində setdə bir küncə çəkildim. Ərimin gözünün içinə baxsaydım, o gözəl qızı həyatda öpə bilməzdi”.
Bir zamanların ən çox müzakirə edilən səhnəsi Beren Saat və Kıvanç Tatlıtuğun “Aşkı-memnu”dakı sevişmə səhnələri idi. Beren epizodan sonra "aramızda yastıq vardı" demişdi.
Əvvəllər bədənlər bir-birinə dəyməzdi
Əvvəlki filmlərdə sevişmə səhnələrində kişilər qadınları boyunlarından öpərlər, onları öpüş yağışına tutardılar. Amma bədənləri bir-birinə dəyməzdi.
Merve Sevi Berenin açıqlamasından sonra "Yastığa ehtiyac yoxdur, əgər buna iş olaraq baxırsansa təsirlənməzsən" deyərək məsələyə fərqli baxış qoydu. Təsirlənmək nisbi bir anlayışdır, oyunçudan oyunçuya dəyişir, məncə. Kiməsə yastıq lazım ola bilər, kimsə də ağaca sarılırmış kimi rahat davrana bilər. Hər kəs öz sevişmə səhnəsindən məsuldur” - deyib.
Yataqda şalvarlı Tom Kruz
“Gerri Makqvay”dakı seks səhnəsində Tom Kruz şalvar geyinib. Çünki o zamanki həyat yoldaşı Nikol Kidman həmin səhnəyə ancaq bu şərtlərdə icazə vermişdi. Orada üstlərində örtük olduğundan Tom Kruzun nə geydiyi bilinmir. Bəs əgər səhnə çılpaq olmağı tələb edirsə, onda nə edirlər?
Bax o zaman onlar cinsi orqanlarına corab keçirirlər. Yastıq, şalvar, corab və s. Nə müxtəlif çarələr tapıblar, deyilmi? İndi gəl filmə, ya da seriala baxanda sevişmə səhnələrinə baxanda tap görüm, bizi necə aldadırlar.
Vüqar QURDQANLI

10694 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024