“Hələ yaşamalıyam...”
17 oktyabr 2012
10:44
Bu il yarımda sosial şəbəkələrdə hər iki gündən bir – müəllim, sənə ehtiyacım var-deyən və şəklini paylaşan statuslar gördüm. Nə qədər xoşbəxt ölmək olarmış ki, xoşbəxt olasan, səni hər gün kimlərsə arzulaya, həyatının ehtiyacına çevriləsən.
Bu gün doğum günüdür. “Yuğ”un kollektivi, yetirmələri, onu sevənlər məzarını ziyarətə gedib sonra da teatrın xudmani zalında həmişəki kimi Vaqif İbrahimoğlunun doğum gününü qeyd edəcəklər. Lap özünün sağlığında olduğu kimi şirniyyat, çay, şirin-şirin söhbətlər, deyib-gülməklər. Bircə Vaqif İbrahimoğlunun uşaqları göz yaşına qədər güldürən zarafatları, lətifələri olmayacaq, amma özü-ruhu orda olacaq. Ahəstə-ahəstə olanları seyr edəcək, gülümsəyəcək, övladları qədər sevdiyi tələbələrinin, aktyorlarını saçına sığal çəkəcək. Hərdən hansınısa zarafat edəcək, güldürmək istəyəcək, amma öz dediyini yalnız özü eşidəcək, ətrafdakılar onu deyil, onun barədə xatirələri dinləyəcəklər. Onun bircə kəlməsinin həsrətini çəkənlər yalnız Vaqif İbrahimoğlu ilə - müəllimlə bağlı xatirələrlə kifayətlənməli olacaqlar.
Bu gün Vaqif İbrahimoğlunun 63 yaşı tamam olur. Əgər vəfatından, bu günahkar dünyanı tərk edib öz sevdiyi ruh aləminə qovuşmasından il yarım keçməsəydi bu gün 63 yaşı olacaqdı. Amma il yarımdır ki, Vaqif İbrahimoğlu həmişəlik bu dünyadan getdiyi yaşda qalıb.
Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, Tədris Teatrında Bədii rəhbər, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.
Rejissor kimi Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən özülünü qoyduğu «YUĞ» Teatrında bədii rəhbər işləyib. Ömrünün sonuna qədər həmin teatrda yaradıcılıqla yanaşı gənc aktyor və rejissor nəslinin yetişməsində misilsiz əmək sərf edib.
Vaqif İbrahimoğlu «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib. Yalnız altından Vaqif İbrahimoğlunun imzası atılan tamaşalar bu qədərdir. Onun yetirmələrinin istər “Yuğ”da istər ölkə daxilində və onun xaricində hazırladıqları bütün tamaşalarda Vaqif İbrahimoğlunun əməyi və dəsti-xətti var.
“Yuğ” teatrının xudmani binası onun yaradıcılıq emalatxanası idi. Bu gün ölkədə fəaliyyət göstərən bütün teatrlarda onun poetikası bir xətt kimi keçir, çünki tələbələri şaxələnmiş halda onun qoyduğu yolu davam etdirirlər. Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixindəki rolu hələ sabah görünəcək, bu gün bu proses gedir.
22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.
“Bir strateji ideyam var, onu eləyəcəm inşallah, sağlıq olsun. Nədən ibarətdir o strateji ideya? Bir Vaqif İbrahimoğlu mərkəzi yaradacam. Tamam fərqli, qeyri-kommersiya xarakterli. Sadəcə, cüzi ödənişlə ki, yer haqqını ödəyə bilək. Bunu “Yuğ”un kiçik məkanında eləmək olmaz. Elə bir yer olsun ki, gəncləri yığ başına, kim nədə çətinlik çəkir, kim hansı istiqamətdə daha istedadlıdır, yönləndir.
Cocuqlardan imkansızlar orda qala da bilərlər, bir müddət. Bunu yaratmaqda öncə dostların köməyinə arxalanarıq, sonra da yavaş-yavaş borcumuzdan çıxarıq.
Bunun üçün də sağlam can, fiziki qüvvə lazımdır, düzəlim, işə başlayacam. Yubanmadan, çünki vaxt itirmək olmaz. Həmişə Tofiq Kazımovu qınayardım ki, ay ustad, niyə sağlığında bir mərkəz yaradıb gəncləri öz ətrafına yığmadın? Onsuz da nə gərək idisə, hamısını edirdin gənclər üçün. Türkiyədə ölüm-dilim mübarizəsindən sonra, yenidən həyata gələndə özümə dedim ki, indi bu vəzifə sənin boynuna düşür, Vaqif. Mənim Türkiyədə də, burda da müalicəmin xərcini Mədəniyyət və Turizm Nazirliyi çəkir. Üstəgəl, Kamal Abdulla, İsrafil İsrafilov, sağ olsunlar. Bu haqqı ödəmək üçün yaşamalıyam. Ondan başqa beş-altı planım var, onları da həyata keçirməliyəm”.
Bu fikirlər onundur-Vaqif İbrahimoğlunun. Kulisə verdiyi son müsahibəsində demişdi.
O, böyük insanın son arzusunu ürəyində qoyan gün 12 may 2011-ci il oldu. Bakıda evində vəfat etdi. Onu sevənlər toplum halında hər şeyə qalib gəlmək gücündədir, amma ölümə qalib gələn qüvvə hələ yoxdur.
Ustad doğulduğu Mərdəkanda torpağa tapşırıldı, sevdiyi Mövlanəyə qovuşdu.
Sevgilərlə Ramilə Qurbanlı

1527 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024