Yataq otağındakı Merlin Monro ÇƏKİLİŞDƏN REPORTAJ
2 oktyabr 2012
11:36
Əvvəlcə çox gözəl, xudmani bir həyətə girdik, sonra evə daxil olub, ikinci mərtəbəyə qalxdıq. Rejissor köməkçisi Mirzə Ağa Mirzəyev mənə ev tərlikləri verdi ki, ayaqqabılarımın səsi eşidilməsin. Axı, yuxarı mərtəbədə çəkiliş gedir. İçəri keçmək üçün çəkiliş gedən otağın qapısında “stop” işarəsini gözləməli olduq. Aktyor Tərlan Nur Yaşar da gözləyirdi. Nəhayət, rejissor o kəlməni dedi və biz otağa keçə bildik. Daha bir kadrın çəkilişlər üçün hazırlıq prosesi idi. Dilarə Əliyevlə Mirsalam Mirsalamov otağın ortasında rəqs pozasında dayanmışdılar – birinin əli o birinin belində, digərinin əli isə o birinin çiyinlərində. Bu səhnədə Mirsalamın oynadığı sahə müvəkkili Salam cinayətkar axtarışı ilə gəlib üç bacının evinə çıxmışdı. Üç bacı da nə üç bacı... Kənddəki evlərini atalarının Moskvadan göndərdiyi sifarişə əsasən satıb Bakıya köçüblər. Bacılardan biri – Dilarə Əliyevanın canlandırdığı Səadət kənddəki evi elə baha satmaq istəyirmiş ki, Bakının “Torqovı” küçəsindən ev ala bilsinlər. Bacılardan digəri – Tünzalə Əliyevanın yaratdığı Xoşbəxt deyir ki, bacı, biz kəndi satmırıq e, evimizi satırıq... Ssenari bu kimi gülüş doğuran situasiyalarla zəngindir.
Görək Dilarə Əliyeva nə deyir: “Üç bacı” adlı situasiya komediyası çəkirik. Bu janra ilk dəfə müraciət olunur. Əsası 1954-cü ildə Amerikada qoyulub. İndi dünyanın hər yerində bu janrda seriallar çəkilir. Onlara baxılır, ömürləri də olur”.
Bu qədər bəsdir, qalanını özüm nəql edəcəyəm.
Mirsalam Mirsalamovu nəinki bir, hətta iki serialda da çəkmək olar, çünki bu adamın maşallah, o qədər enerjisi var ki... Hərdən çəkiliş arası rejissora “görüm-baxım” eləməsi (yox, cibinə pul qoymur, sadəcə onu tutub öpür, bu da vəziyyəti xoşhal edir) ümumi atmosferi təzələyir. Gah, saqqız istəyir, gah su, hələ üstəlik verilən suya da “mız” qoyur ki, mən bundan yox, filan sudan içirəm. Sonra da deyir ki, biz “kapriz”i olmayan aktyorlarıq.
Rejissor köməkçisi Dilşad Baxşəliyevanın da işi var, hər alınmayan dubldan sonra hansı dubl gəldiyini ona deməyən operatorlara arabir təpinir ki, bunu vaxtında deyin görüm kadr dəyişir, ya yox?
Rejissor Səyavuş Hüseynli isə bütün çəkilişi həm canlı şəkildə, həm də monitordan izləyir, bəzən diqqətdən yayınan, çəkilişə yersiz düşən papaq monitorda daha tez gözə çarpır.
Növbəti kadrın çəkilişləri başa çatır. Hamı-bütün çəkiliş qrupu istəyir ki, hər kadr ilk dəfədən alınsın, amma təbii ki, həmişə belə olmur. Hazırkı vəziyyətdə bundan ən çox dilxor olan Mirsalam Mirsalamovdur, çünki həm polis mundirində, çəkiliş vaxtı kondisioner də söndürülür, yazığı tər götürüb gedir. Həm də deyəsən, “aclıq partizanları əldən salıb ”. Nəhayət, əlini ağzına aparıb yemək istədiyini rejissora acizanə şəkildə başa salır. Onun sayəsində hamı aşağı düşüb, birinci mərtəbədə açılmış süfrə arxasında aclığa son qoyur. Sonra yenə iş başına.
Üç bacının fərqli xarakterləri var. Dilarənin yaratdığı Səadət aktrisa olmaq arzusundadır. Bu yolda nə qədər çarpışırsa da, heç nəyə nail ola bilmir, amma istəyindən əl çəkib başqa işin qulpundan yapışmaq da istəmir. Ona elə gəlir ki, çox istedadlıdır və ona paxıllıq edir, bu sənətə gəlməyinə imkan vermirlər. Yataq otağı Merlin Monro, Türkan Şorayın şəkilləri ilə doludur. Güzgüsü əsl qrim üçün nəzərdə tutulub, önündə də Merlin Monro məşhur ağ donda təsvir edilmiş balaca heykəli. Çarpayısı aktrisalara deyil e, kraliçalara layiqdir. Dilarə Əliyeva deyir ki, Mehriban Zəki çəkiliş vaxtı Səadətin otağına baxıb heyran qaldı: “Mən aktrisayam, heç belə otağım yoxdur, mən də beləsini istəyirəm”.
Keçək o biri bacıya- Ülviyyə Əliyevanın oynadığı Sevinc elm adamıdır, otağında kitab əlindən yer yoxdur. Başının üstündə məşhur elm adamlarının, ixtiraçıların şəkilləri asılıb.
Üçüncü bacı-Xoşbəxti, Tünzalə Əliyeva oynayır, o biri bacılarından fərqli olaraq bu bacı nə elmlə maraqlanır, nə də aktrisa olmaq eşqindədir, onun fikri qalıb kənddə. Başından kənd havasını çıxarıb ata bilməyən bu qızın yataq otağında yalnız kənd peyzajlarıdır.
Maarif adlı daha bir maraqlı xarakteri Cəfər Namiq Kamal canlandırır. Bu maraqlı aktyorun yaradacağı rolun uğurlu alınacağına əminəm, çünki çalışdığı Milli Dram Teatrında çox maraqlı, xarakterik obrazları var. Həm də komik. Bu rol həm komikdir, həm də faciəvi, yəni gülüş yaradan insanın daxili aləmində bir faciə xətti var ki, onu özü də yaxşı bilir. Belə bir obrazdır, köhnə kommunist , dövlət aparatı işçisi, indisi heç kimdir. Ötən günləri xatırlayır, otağında o vaxtların havası var.
Tərlan Nur Yaşarın “Aramızda qalsın” serialından çıxıb yeni bir seriala getdiyini eşitmişdik. İndi “Üç bacı”da Sədrəddin obrazını oynayır. Sədrəddin boy-buxununa, qədd-qamətinə rəğmən kəpənək vurğunudur. Çox maraqlı, komik tipajdır.
Serialda bir türk oğlan da çəkilib, bacılardan biri olan Sevincin nişanlısıdır. “SOY” kompaniyası bu oğlanı küçədə seçib, əsl serial qəhrəmanı olduğuna inanırlar. Tarık rolunu oynayır, öz adı Şakan Ərsandır.
Serialda çoxdan görünməyən bir aktrisa da çəkilir, yox amma “Pərvanələrin rəqsi”ndə falçı obrazında çəkilib. Zemfira Əbdülsəmədova vaxtilə “Gənclər” teatrının aktrisası olub.
Uşaq tamaşalarının ulduzu Almas xanım Mustafayevanı serialda ilk dəfə görəcəyik, Kübra rolundadır.
Obrazlar barədə yetər, qalanlarını da seriala baxanda bilərsiniz.
Serialın rejissoru Səyavuş Hüseynlidir. Çox hörmət etdiyim maraqlı rejissorlardandır. Az.TV, ANS-dəki işləri, eləcə də “Space” telekanalında hazırladığı yanılmıramsa “Komedi Del-Arte” adı altında süjetləri ilə istedadını göstərmişdi.
Rəssamı Emil Mirzəyevdir, məkana o, əl gəzdirib. Heyət 4-5 mərtəbəli villanı serialın çəkilişləri üçün icarəyə götürüb. Otaqlara, girişə, dəhlizə, liftə personajların xarakterlərinə, komediyanın süjetinə uyğun dizayn verilib.
Ssenari Vüqar Hüseynovundur. Çəkilir, nə qədər uzunömürlü olduğunu gələcək göstərəcək. Hələlik bir mövsüm üçün nəzərdə tutulub. Serial hələ ki, sponsor hesabına çəkilir. Artıq “Space” telekanalı ilə danışılıb, serial noyabr ayından etibarən həmin kanalda yayımlanacaq.
Necə alınacağını mən də sizinlə birlikdə görəcəyəm. İndi isə onu deyə bilərəm ki, iki saatdan artıq çəkiliş prosesini izlədim və çox güldüm.
Ramilə QURBANLI

2621 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024