Rejissor Əli İsa Cabbarov: “Ən uğurli iki ssenarist, Rüstəm İbrahimbəyov və Ramiz Fətəliyev rusca yazır” - MÜSAHİBƏ
12 aprel 2011
16:20
Müsahibimiz “Dərviş” prodüser mərkəzinin direktoru, rejissor Əli İsa Cabbarovdur.
- Azərbaycan kinosunda ssenari probleminin kökündə nə dayanır?
- Filosof Həsən Quliyev “Azərbaycan mentalitetinin labirintləri” kitabında yazır ki, Azərbaycan mentallığı, mədəniyyəti emosionallığa, obrazlarla düşünməyə əsaslanır və şərti olaraq mədəniyyətimizi “sağ yarımkürə mədəniyyəti” adlandırır. Yəni bizim təfəkkürümüz məntiq və riyazi hesablamalar üzərində qurulmayib. İş burasındadır ki, kinodramaturgiya və prodüsserlik məhz məntiq üzərində qurulmuş tənliklər, riyazi kompozisiyalar tələb edir. Sovet dövründə də Azərbaycan nəsri və dramaturgiyasına nisbətən poeziya daha zəngin idi. Dramaturgiyada vur-tut 2-3 parlaq müəllifin adını çəkmək olar: Cavid, Cabbarli və sonralar İlyas Əfəndiyev. Ona görə ssenari problemini bir tərəfdən mentallıqla bağlayiram. Azərbaycan kinematoqrafında ən uğurli iki ssenaristin, Rüstəm İbrahimbəyov və Ramiz Fətəliyevin doğma dildə yazmaması da burdan gəlir-rus dili təfəkkürə lazımi praqmatiklik gətirir və ya “sağyarımkürəlikdən qurtarır”. Amma bu o demək deyil ki, əlimizi yanımıza salıb heç nə etməməliyik. Bunun üçün çəkinmədən kənardan, Rusiyadan, Avropadan dramaturgiya boşluğunu doldurmaq üçün mütəxəssislər gətirmək lazımdır. Yeri gəlmişkən, Azərbaycan kinosu ilk illərində də, bir qayda olaraq yerli mütəxəssislər Moskvadan gələn mütəxəssislərlə birgə ssenari işləyirdi. Düzdür burda ideoloji məqsədlər də vardı. Amma belə təcrübənin çox müsbət nümunəsi var. Həmin nümunələrindən biri qırğız kinosudur. Dünya kinosunda qırğız kinosu məktəbi deyilən məktəb var.
- Yəni “qırğız kinoməktəbi” artıq qəbul olnumuş tendensiyadır?
- Bəli. Bu Çingiz Aytmatovun prozasından, kənardan gələn mütəxəssislər - Larisa Şepitkonun və Andrey Konçolovskinin Qirğızıstanda bir neçə filmə ssenari yazmalarından başlandı. Eləcə də Qazaxıstanda. Orada Sergey Solovyovun məşhur qazax kursu olub və bu məktəbdən kifayət qədər peşəkar rejissorlar çıxıb. Və yenidənqurma dövründə yeni qazax kinosunu məhz Solovyovun kursunun yetirmələri yaratdı.
Ona görə də dramaturji çatışmazlığı aradan qaldırmaq üçün kənardan həmmüəllif gətirmək lazımdır. Diqqət edin həmmüəllif - yəni o yerli mütəxəssislə birlikdə işləməlidir. Amma eyni zamanda kənardan rejissor gətirməyin əleyhinəyəm. Ona görə yox ki, özum də rejissoram və bazarda başqa rejissorun olmasını istəməzdim. Çünki məhz rejissorlar kinoda milli kodun, mentalitetin daşıyıcılardır. Bundan başqa bizim cəmiyyəti, insanları daha yaxşı tanıyan adam haqqımızda gerçək film çəkə, problemləri hiss edə bilər. Hansı peşələrə kənardan mütəxəssis gətrilimləlidir? Həmssenarist, operator, həmprosdüsser. Çünki prodüsserlik də riyazi təfəkkür və kompilyasiya tələb edir. Ən əsası baş prodüsser yox, məhz icraçı prodüsser xaricdən dəvət olunmalıdır. Məsələn, biz elit restoran tikəndə onun dizaynı üçün xaricdən mütəxəssis gətiririk. Neft sənayesini qaldırmaq üçün BP- yə müraciət edirik. Kinoya da qorxmadan həmssenarist, icraçı prodüsser, operator gətirmək lazımdı. Ənənələri formalaşdırana kimi. Bundan biz ancaq udacağıq. Ümumiyyətlə isə riyazi təfəkkür, məntiqi düşüncə defisiti təkcə kinonun yox, cəmiyyətin problemidir.
Komediya yoxsa psixoloji dram
- Bəzi üçüncü dünya öləkələrinin rejissorlarını Avropa prodüserləri maliyyələşdirir. Amma bizdə hələ ki, belə nümunə olmayıb.
- Avropaya biz özümüzü çəkəndə maraqlıyıq. Avropaya oxşamaq istəyəndə isə maraqlı deyilik. Bu mənada Semih Kaplanoğlu, Nuru Bilge Ceylan nümunəsi var. Türkiyədə kino sənayesi var, kino gəlir gətirir və özünü təmin edir. Tarixi nöqteyi-nəzərdən bizim kino tariximiz daha tez başlayıb və ilkin filmlərimizin səviyyəsi onlardan daha yüksək olub. Amma son 20 ildə Türkiyə bizi çox qabaqlayıb. Azərbaycan kinosunda çoxlu məişət problemləri var. Gənc rejissorların ingilis dilinə pis yiyələnməsi çox böyük məneədir. Bir də səriştə məsələsi, bu sahədə təcrübənin az olması. Sırf peşəkarlıq baxımından Azərbaycan Avropa ilə birgə istehsalata hazırdı. Rejissorlar, ideyalar var. Sadəcə passionar insan və məmur dəstəyi lazımdır. Yeri gəlmişkən Prezidentin təsdiq etdiyi Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramında birgə istehsalın dəstəklənməsinə xüsusi diqqət ayırılıb. Turk kinosu ilə müqayisədə bizim çox böyük üstünlüyümüz var. Turk kinosu təqlidçi kinodur. Onlar Antonionini, Paracanovu, Tarkovskini təqlid etməklə Avropaya çıxıblar. Amma Azərbaycan kinosunun öz ənənəsi var. Qabarıq parlaq dəst-xəttlə, hansısa “izm” lə seçilməsə də, hər halda təqliddən yaranmayan filmlərimiz var. Çox ad çəkmək olar: “O olmasın, bu olsun”, “Şərikli çörək”. Hüseyn Mehdiyevin yaradıcılığı. Az da olsa nəyinsə təsiri var. Amma bir başa mənada büsbütün təqlidçilik yoxdur.
- Yeri gəlmişkən, Çingiz Rəsulzadə müsahibələrindən birində deyib ki, Azərbaycan kinosunun gələcəyini müzikldə görür.
- Mentallığımzı nəzərə alsaq musiqli əylənəcəli filmlər bizdə çox perspektivlidir. Amma musiqili – komediya filmi psixoloji filmdən daha çox peşəkarlıq, bilgi tələb edir. Çünki komediya və musiqili janrda çəkilmiş film hədəfə dəyməlidir. Tamaşaçı gülmədisə, əylənmədisə, müzikl nümayişdən sonra hitə çevrilmədisə deməli sən uduzmusan. Psixoloji dramlarda isə “duymadım, tempo ritminə düşmədim, mənim filmim deyil” kimi fikirlərlə rejissora bəraət vermək olar. Komediyada isə gülmədinsə deməli alınmayıb. Bu cəhətdən çətin janrdır.
- Amma müzikl üzərində dramlar, faciələr də çəkilir. Trierin “Qaranlıqda rəqs edənlər” filmi kimi.
- Təbii. Mənim arzularımdan biri ölüm mövzusunda müzikl çəkməkdir. Məsələn, Azərbaycanda dəfn ritualını müziklə çevirmək. Məncə ölümə münasibət dəyişsə mentallıığımızın çox böyük hissəsi dəyişər. Bu dramatik film olmalıdır. Ağlama mərasim kimi, mərsiyə muziklinin motivi ola bilər. Çingizin konsepsiyası maraqlıdır, amma çox maliyyə tələb edir. Mənə elə gəlir ki, psixoloji dramlar öz simamızı tapmaq üçün Avropa bazarına çıxmaq üçün daha qısa yoldur.
Naməlum Azərbaycan və ya “cirtdanvari” taktika
- Siz kinoya konkret olaraq hansı problemləri gətirmək istəyirsiz?
- Sovet dövründə Azərbaycan ailəsinin modeli formalaşmışdı. Indi bu model dağılır. Vətəndaş nigahları, çoxarvadlılıq və yaxud xanımların daha azad cinsi həyat sürməsi, başqa bir tərəfdən tənha insanların çoxalması. Azərbaycan ailəsi bir struktur olaraq dəyişir. Azərbaycan qadını tipaj olaraq 10-50 il əvvəlki deyil. Mənim indi ən çox rastlaşdığım intellektual qadının problemlərdir. Belə bir stereotip var ki, qadın intellektualdırsa deməli, tənhadır və xoşbəxt deyil. Bütün bunlar kino mövzularıdır. Və yaxud mən 8-ci kilometr bazarının yanında yaşayıram. Hər dəfə ora gedəndə onlarla kino mövzusu, tipajlar görürəm. Təəssüf ki, yeni nəsil ədəbiyyatında da bunlar parlaq şəkildə əksini tapmayıb. S.Baycandan, Ş. Ağayardan, G.Mövluddan çox az uğurlu nümunələr gətirmək olar. Problem ondadır ki, biz hansı cəmiyyətdə yaşadığımızı bilmirik. Bunu nə kinoda, nə ədəbiyyatda görə bilmirəm. Mənim üçün yaşadığım cəmiyyət naməlumdur. Naməlun Azərbaycanda yaşayırıq. Yəni biz bilmirik ki, savadsızlığın həcmi, cinayətkarlığın qədəri, xoşbəxtlərin sayı, bəzəksiz, gerçək uğurlarımız nə qədərdir. Nə rəngdəyik-yaşıl,qırmızı, yoxsa göy? Təəssüf ki, kino, ədəbiyyat bunu araşdırmır. Bunun da çoxlu marketinqlə bağlı iqtisadi və siyasi- sosial səbəbləri var. Amma ən azı müasir Azərabaycan qadınının problemləri siyasətdən, konyunkturadan kənar, psixoloji bir problemdir. Bu ki araşdırıla bilər.
- Yəni cəmiyyətin simasını müəyyənlədirmək üçün yaradıcı potensial yetərincə deyil.
- Yetərincə deyil, ya yetərincədir bilmirəm. Amma mən gerçəyi bir oxucu və tamaşaçı kimi görmürəm. Metroda və bazarda daha çox informasiya alıram, nəinki kinodan, tv dən və ya ədəbiyyatdan.
- O zaman bu informasiyanin bədii məhsula çevrilməsi rejissor kimi sizin də öhdənizə düşür.
- Əvvəlki filmlərdə sərt sosial mövzulara toxunmuşam, sən də baxmısan bunlara: qohum nigahların fəsadı, oğlan uşaqlarına üstünlüyün verilməsi,qadın alveri ilə bağlı. Amma indi tammetrajlı film formatında çəkmək istəyirəm. Sənədli filmdən fəqrli olaraq, boyük filmdə 5-6 nəfərin iradəsini yox, 30-40 nəfərin iradəsini birləşdirməlisən və Mədəniyyət və Turizm nazirliyi ilə həmfikir olmlısan. Bu isə mövzu seçimində özəlliklər diqtə edir. Yəni mən problemlərdən danışanda yaxamı kənara çəkmirəm, məsuliyyətimi dərk edirəm. Söhbət passionarlığın azlığından, risqə getmək qorxusundan gedir. Bizim mentallığmızda problemləri yumşaq yolla, kompromislə, həll etmək damarı indiki mərhələdə məndə də üstünlük təşkil edir. Amma yenə deyirəm, sərt problemləri ortaya çixartamqda özümü günahsız bilmirəm. Söhbət sərt yanaşma və araşdırmadan daha çox realist, dokumentalist (sənədli kino mənasında yox), analitik,təhqiqatçı yanaşmadan gedir.
- Amma sənət daha çox maksimalizm, risq tələb edir.
- Cırtdan bizim nağıl qəhrəmanımızdır. O divlə məsələni necə həll edir? Ona müharibə elan etmir. Hiylə ilə qalib gəlir. Cirtdan kimi Azərbaycan mentalitetini dəqiq ifadə edən obraz çətin tapılsın. Azərbaycan indiki mərhələdə bir neçə fövqəladə dövlətin maraqlarının toqquşduğu məkandir. Əhalisi az olmasına da, nefti, geopolitik əhəmiyyəti var. Bu səbəbdən cəmiyyətdə siyasi kataklizmlər, cevrilişlər oldu. Hazırda müharəbə şəraitindəyik. Bu səbəbdən də Azərbaycan vətəndaşının öz problemlərini cırtdan kimi hiylə ilə həll etməsinin daha çox şahidi oluram. İqtidar ekspertləri də deyir ki, etirazçı elektorat var, onlar müxalifəti dəstəkləməsə də narazıdırlar. Yüzlərlə etirazci insanlar olsa da onlar problemlərin yumşaq həllinə, “cırtdansayağı” taktikaya üstünlük veirlər. Həmçinin kinematoqrafçılar. Maliyyəçi qurumun öz maraqlarını güdməkdə məntiq var. Amma bu yaradıcı insana risqli mövzulardan qaçmağa bəhanə olmamalıdır. Öz sözünü deməyin çoxlu metodu var. Azadlıq problemini siyasi detektiv janrında da göstərmək olar, psixoloji ailə dramında- ata-oğul münasibətində də qoymaq olar. Eləcə də başqa mövzular.
Müasir gənc yaradıcı insanların, xüsusilə də kinematoqrafçının çiyninə çox problem düşür. Sıravi sovet rejissoru institutu qurtarandan sonra bilirdi ki, yaxın 50 ildə sovet hakimiyyəti olacaq, o, 4 ildən bir film çəkəcək, müəllimlik edib 5 ildən sonra professor adını qazanacaq, ev alacaq, 10 filmdən sonra xalq artisti olacaq. Yəni oturuşmus sistem vardı. Bu mənada gənc kinematoqrafçıların üzərinə təkcə ssenari yazib film çəkmək yox, həm də bu bazarı yaratmaq missiyası düşür. Bizim nəsil həm yaradıcılıq problemlərini həll etməlidir, həm də ümumi kino problemlərini.
- Hər halda “Məhəllə” tipli komediyalarla kino bazarını formalaşdırmaq olardı.
- Məhz belə də omalıydı. Amma bu sahədə intellektual, zəhmətkeş, iradəli lider olmalıdır. Videoya çəkilmiş kommersiya filmləri sferası inkisaf etdi və dayandı, o, artıq gəlir gətirmir, reytinqi yoxdur. Bazarın tələbi budur ki, artıq kommersiya yox, lirik melodramlara ehtiyac var. Amma bu filmi ortaya qoyan şirkət yoxdur. Başqa bir tərəfdən bu kommersiya filmləri pis nəticə verdi. Bu filmlərin prokatı ilə məşğul olan və bu sahənin mütəxəssislərindən biri dedi ki, o özü film çəkib. Və o etiraf etdi ki, bu “daha az zibil” filmdir. Amma tamaşacı “zibil”filmlərə elə öyrəşib ki, hətta “az zibil” filmi də qavraya bilmir. Üstəlik elitar, psixoloji film olsun. Ona görə burda böyük iradə, passionar gücü olan liderlər lazimdir. Yəni ticari istedadından istifadə edərək zövqsüz komediyalardan ilk mərhələdə melodramatik, lirik melodramatik, sonra lirik psixoloji, daha sonra psixoloji dramlara keçmək lazımdır. Bu sahə ticari istedadi olan adamlar tələb edir. Bazarda fəaliyyət göstərən film istehsalçılarının birliyi də vacibdir. Biz bir yerdə müzakirə aparıb çıxış yolları təklif edə bilərik. Bazarın ümumi davranış qaydalarını formalaşdırmaq lazımdır. Bu Kinoprodüserlərin Gildiyası da ola bilər. Film İstehsalçılarını birləşdirən qurum bazar üçün vacibdir. Anoloji təşkilatlar qonşu ölkələrin hamısında var.
Kim pul verir o da mahnı sifariş verir
- Rejissorlar tez-tez maliyyə problemindən şikayətlənir. Amma dünya kinosunda az maliyyə ilə film çəkmək təcrübəsi də var.
- Bizdə maliyyə problemi yoxdur. Azərbaycanda dövlətin ayırdığı maliyyə kifayət edir. Amma dövlət pul verirsə öz şərtlərini diqtə etməyə haqqı var. Bizdə azad bazarın, özəl sektorun filmi maliyyələşdirmə problemi var. Milli burjuaziya mədəniyyətə laqeyddi. Azərbaycan biznesi musiqiçilərin disklərini, nadir hallarda isə məşhur adamla bağlı kitabı maliyyələşdirir. O da həmin məşhur adam şəxsən onun qapısını döyəndə. Həç bir biznesmen öz təşəbbüsü ilə humanitar layihə həyata keçirmir. Azərbaycan biznesi kinoya və ümumiyyətlə mədəniyyətə biganədir.
- Prodüsserlik bizdə cavan sahədir. Son illərdə bu sahədə nəsə dəyişib?
- 2005-ci ildən Mədəniyyət nazirliyi tərəfindən iri büdcəli layihələr aktiv olaraq dəstəkləndi və özəl prodüsser şirkətlərinə həvalə olundu. Yəni müsbət nəticə, təcrübə var: müqavilələrin baglanması, maliyyə işinin aparılması, xarici mütəxəssislərin cəlb edilməsi, şirkətlərin texniki bazasının artması. Bu təcrübələrdən keçməliydik. Bundan başqa prodüser mərkəzlərində çəkilən “40-cı qapı”, “Kuklalar” filmləri artıq beynəlxalq səviyyədə də uğur qazanır. ”Dərviş” Prodüser Mərkəzində Mədəniyət və Turizm Nazirliyinin 100%-lik maliyyələşməsi ilə çəkdiyimiz qisametrajlı filmlərin Azərbaycanda və xaricdəki uğurlarıdan mətbuat dəfələrlə yazıb. Amma müəyyən problemlər olduğundan nazilik obyektiv olaraq prodüserlər qarşısında şərtlərini sərtləşdirib. Bu problemlərdən doğan nəticədir. Tələb də belə idi ki, ancaq həmprodüsser maliyyəsi tapılandan sonra dövlət prodüsser layihəsini maliyyələşdirə bilər. Bu model dünyada da geniş yayılıb. Gürcüstanda da belədir. Gürcüstanda dövlət milli kino mərkəzi vasiəsilə pul ayırir. Onlar da 100 faizli maliyyə ayırmırlar. Burda məntiq var. Əgər sənin filmin kimsə pul ayırırsa, dövlət də ayıracaq. Bu baxımdan Mədəniyyət və Turizm nazirliyinin qərarını adekvat saymaq olar. Amma Azərbaycan kino bazarının özəl məqamları var. Prodüser mərkəzlərinin 100 faizlik maliyyələşməsi daha 2 il davam etməsinə ehtiyac var. Bir necə dəfə Azərbaycan kinosunun vergilərdən azad olunması üçün cəhd edildi. Rusiyada kino vergidən azad olundu və bu rus kinosunun bumuna gətirib çıxardı. Bu təklif indi bir az apxa plana keçib. Bu günün təklifi kimi prodsüer mərkəzlərinin 100 fazili maliyyələşməsi mexanizminə qayıtmağı vacib sayıram. Heç olmasa 3-4 keyfiyyətli film istehsal edən prodüsser mərkəzi formalaşıb Avropa bazarına çıxana qədər. Bu ənənə formalasmalıdır. Bizdə həm də spesifik vəziyyətdir. Neft ölkəsiyik. Kənd təsərrüfatına sistemli şəkildə vergi güzəştləri tətbiq edildiyi kimi kinematoqrafımıza da şirnikləndirici rejim tətbiq edilməsi arzuediləndir.
- Məncə, hər şeydən öncə dövlətin maliyyə dəstəyi debüt filmlər üçün zəruridir.
- Əlbəttə ən azı tam metrajlı debüt layihələrində 100 fazili maliyyələşmə olmalıdır. Çünki tammetrajlı debüt layihəsinə xaricdən maliyyə tapmaq mümkün deyil. Gənclərin ozünü təsdiq etməsi üçün maliyyələşmə lazımdir.
Sevda Sultanova

2517 dəfə oxunub
Oxşar xəbərlər
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub
15:00
23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?
10:00
23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024