99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu

99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu
13 may 2026
# 12:00

Kino dünyasının ən prestijli gecəsi olan "Oskar" mükafatlandırma mərasimi hər il böyük həyəcanla izlənilir.

Kulis.az xəbər verir ki, 2027-ci ildə 99-cusu keçiriləcək olan tədbirin aparıcısının adı artıq məlumdur.

Konan O'Brayen ardıcıl üçüncü dəfə səhnədə

Kino Sənətləri və Elmləri Akademiyası 14 mart 2027-ci ildə Los-Ancelesdəki "Dolby" teatrında keçiriləcək 99-cu "Oskar" mükafatları mərasimini yenə Konan O'Brayenin aparacağını elan edib. Məşhur aparıcı ardıcıl üçüncü dəfə bu məsuliyyətli vəzifəni icra edəcək.

Özü ilə zarafat etdiyi absurd komediya tərzi ilə tanınan Konan O’Brayen əvvəllər bir çox tok-şou proqramlarının aparıcısı olub. Hazırda bir podkast və "Conan O’Brien Must Go" adlı proqramı aparan O'Brayen karyerası ərzində 6 "Emmi" mükafatı qazanıb. Məşhur aparıcı "Oskar" namizədliyi də daxil olmaqla ümumilikdə 33 dəfə müxtəlif mükafatlara namizəd göstərilib.

Akademiyanın baş direktoru Bill Kramer və Akademiyanın prezidenti Linett Houel Teylor məsələ ilə bağlı açıqlamalarında bu ifadələrə yer veriblər:

"99-cu 'Oskar' mükafatları üçün Konanla işləməkdən böyük həyəcan duyuruq. Konanın intellekti və yumoru ilə mərasimə mükəmməl şəkildə rəhbərlik edəcəyini səbirsizliklə gözləyirik..."

98-ci "Oskar"ın qalibi və gözlənilən dəyişikliklər

Qeyd edək ki, bu il keçirilən 98-ci "Oskar" mükafatlandırma mərasiminə Pol Tomas Andersonun "One Battle After Another" filmi "Ən yaxşı film", "Ən yaxşı rejissor" və "Ən yaxşı uyğunlaşdırılmış ssenari" başda olmaqla 6 mükafat qazanmışdı.

Xatırladaq ki, "Oskar" mükafatları 2029-cu ildən etibarən uzun müddətdir ev sahibliyi etdiyi Los-Ancelesdəki "Dolby" teatrı əvəzinə "Peacock" teatrında keçiriləcək. Elə həmin ildən (2029) etibarən mərasimin yayımı da rəsmən "YouTube" platformasına keçəcək.

# 713 dəfə oxunub

Oxşar xəbərlər

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri yekunlaşdı

17:20 19 avqust 2026
Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

18:40 18 avqust 2026
Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

Klaustrofobiya, xaos və yaşamaq instinkti... - Roman Polanskinin 5 məşhur filmi

14:30 18 avqust 2026
Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

17:00 17 avqust 2026
Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

16:55 17 avqust 2026
“Molla Nəsrəddin - çətin günlərin dostu”   ekranlaşdırılır

“Molla Nəsrəddin - çətin günlərin dostu” ekranlaşdırılır

10:20 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər