“Filmimi xilas etmək üçün nə lazımdısa, onu etdim” - MÜSAHİBƏ

“Filmimi xilas etmək üçün nə lazımdısa, onu etdim” - MÜSAHİBƏ
20 iyul 2011
# 14:57
Bu ilin fevralında “Berlinale” festivalında İran rejissoru Əsgər Fərhadinin “Nader və Simin“ filmi baş mükafata – “Qızıl Ayı”ya layiq görüldü. 2009-cu ildə isə rejissor “Elli haqda hər şey” filminə görə “Berlinale”də həmin mükafatı almışdı.
Fərhadinin digər filmləri də (“Gözəl şəhər”, “Tozda rəqs”) Avropa və Amerikada müxtəlif festivallarda mükafatlar alıb.
“Nader və Simin” dramı boşanmaq istəyən ər-arvaddan bəhs edir. Rejissor ailə münaqişəsi fonunda İrandaki vəziyyətə eyham vurur, insan azadlığı məsələsini önə çəkir.
“Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə verdiyi müsahibədə Fərhadi filmindən, İran cəmiyyətindən, film çəkməyi qadağan olunmuş rejissor Cəfər Pənahidən danışıb.

- Bu müsahibə İranda baş tutardımı?

- Əsasən, hə. Amma müsahibələr daha çox ofislərdə aparılır, nadir hallarda isə kafelərdə.

- Siz İranda suallara başqa cür cavab verərdiniz? Məsələn, daha entiyatla.

- Doğru deyil. Yalnız vətənimdən kənarda olanda daha çox belə hissim var ki, bütün ölkə üçün cavabdehlik daşıyıram. Ola bilsin, buna görə bəzi məsələlərlə bağlı ehtiyatla danışıram. Mən evində susaraq və sakit yaşayan, amma ölkədən kənara çıxan kimi qışqırmağa başlayan adamlara aid deyiləm. İstəyəndə fikrimi ucadan da ifadə edirəm. Mən həmçinin Qərbin daim bizə acıması üçün sızıldamağı da düz hesab etmirəm.


- Sizin filmlər hər şeydən əvvəl cəmiyyətin orta təbəqəsindən bəhs edir. „Elli haqda hər şey“ filmində göstərirsiniz ki, bu insanlar din, mənəvi qanunlar və şəxsi xoşbəxtlikləri arasında parçalanır. İran vətəndaşının bu gün cəmiyyətdə yeri hardadır?

– Orta təbəqə İranda əhalinin böyük hissəsini təmsil edir və mən də bu təbəqəyə aidəm. İranın gələcəyi bu təbəqədən asılıdır. Məhz buna görə də onlar açıq tənqid olunurlar. Təbii ki, aşağı təbəqəyə aid olanlarla qarşı- qarşıya olan bu insanların həyat gerçəkliyini daha yaxşı göstərə bilərəm. İranın gələcəyində rol oynayacaq mədəniyyət daha çox orta təbəqədən asılıdır.

- “Nader və Simin“ filmində məhkəmə zalında orta və aşağı təbəqə arasındaki qarşıdurma səhnəsi var. Bu görünənlər doğrudanmı İranın gündəlik hüquqi yaşamıdır?

- Bizim cəmiyyətdə dünən və bu gün arasında münaqişə var. İnsanlar var ki, ənənədən yapışıb qopmaq bilmir, digərləri isə modernləşməyə ümid edirlər. Hər iki qrup arasında çoxlu sayda gizli konflikt gedir və bu cəmiyyətə son nəticədə baha başa gəlir. Dünyagörüşlər arasındakı kəskin qarşıdurma-diaqnozu olmayan və yayıla bilən bir xəstəliyə bənzəyir. Həll ondan ibarət deyil ki, iki qrupdan biri məğlub olmalıdır, sadəcə onlar dialoqa gəlməlidirlər.

- Amma dini fundamentalizm və vətəndaş standartları bir araya necə gələ bilər?

- Hər iki düşərgənin bir-biri haqda yaratdığı təsəvvür yalana əsaslanır. Onlar başqalarının istəklərini, tələblərini tanımağa hazır olanda, ənənəçilər modern dünya haqda təsvvürləri şərin mənbəyi kimi qəbul etməyəndə və modernistlər ənənəvi dinə qarşı öz mənfi rəylərini yenəndən sonra razılığa gəlmək olar.

- “Nader və Simin“ dramında mübarizə, ağrı və iztirab göstərilir. Amma film hər bir obrazın həqiqətinə haqq qazandırır. Çəkiliş zamanı bu balansa necə nail oldunuz?


- Bu insanlar ləyaqətli yaşamaq istəyirlər. Onlarin faciəsi onadır ki, yalanın təzyiqi altında yaşamağa məcburdular. Sınaqlar zamanı hər bir aktyora deyirdim: ”Sənin obrazın haqlıdır. Siz necə hərəkət etdiyinizi, hansı addımı atmağınız düz hesab etməlisiz.

- Keçən payız “Nader və Simin” filminin çəkilişləri yarımçıq kəsildi, bundan sonra siz İran Rejissorlar İttifaqının hər il keçirilən qəbulunda, açıq şəkildə Cəfər Pənahiyə qarşı peşə qadağasının aradan qaldırılmasının tərəfdarı olduğunuzu dediniz. Sonra isə sözlərinizə görə üzr istədiniz. Nə baş vermişdi?


- Hər il Tehranda İran Kino Akademiyasının festivalı keçirilir. Orda mən “Elli haqda hər şey” filminə görə mükafat aldım. Çıxışımda dedim ki, İranda çəklişlərə icazəsi olmayan və ya başqa ölkələrdə işləyən rejissorların gözəl günlərin birində yenidən vətəndə film çəkə biləcəyinə ümid edirəm. Düşünürdüm ki, fikrimdə xüsusi heç nə yoxdur, amma bundan az sonra dedilər ki, biz filmin çəkilişlərini dayandırmalıyıq. Öncə buna əhəmiyyət vermədim, sonra hər şeyin doğrudan da ciddi olduğnu anladım. Biz səkkiz gün çəkilişləri dayandırdıq. Yalnız KİV-də bu haqda məlumat gedəndən sonra biz çəkilişlərə davam edə bildik.

- Polis çəkiliş meydanına gəlmişdi?

- Yox. Assistentimə zəng oldu. Dedilər ki, çəkilişləri kəsməliyəm, yoxsa film yayıma buraxılmayacaq. Mən filmi xilas etmək üçün nə lazımdısa, onu etdim.

- On il əvvəl məşhur İran rejissorları Abbas Kiyarostami və Mohsen Maxmalbaf vardı, bu gün siz və Cəfər Pənahi. İran kinomatoqrafiyasında özünüzü harda görürsüz?

- Mənim filmlərim poetik realizmin ənənələrini daşıyır. Bu ənənə Kiyarostami ilə başladı. Amma o demək deyil ki, mənim onun kimi kinomatoqrafik ifadə tərzim var. Bizi publikaya sayğı hissi birləşdirir. Mən realist nəqlə örtülmüş həqiqəti gətirməyə cəhd edirəm. Tamaşaçı örtülü həqiqiəti özü ortaya çıxarmalıdır.

- İranda nə qədər tamaşaçınız var?


- İranda kinoteatra gələn tamaşaçıların rəsmi statistikası yoxdur. Amma gəlirinə görə “Nader və Simin“ İranda son illərdə ən uğurlu arthouse filmidir.

Sevda Sultanova
# 1087 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
#
#
# # #