Boris Pasternakın böyük oğlu, ədəbiyyatşünas Yevgeni Pasternak, çərşənbə axşamı ömrünün 89-cu ilində Moskvada vəfat etmişdir. Bu haqda onun yaxın qohumu Yelena Pasternak xəbər verib.
"O, bu gün səhər saat yeddidə Moskvadakı mənzilində vəfat etmişdir",- Y. Pasternak jurnalistlərə bildirmişdir. Onun sözlərinə görə, "bu böyük ömür sürmüş və layiqli şəkildə dünyasını dəyişmiş qoca insan idi".
"Deyə bilmərəm ki, onun daimi diaqnozu var idi, yaşına uyğun müxtəlif xəstəliklərdən ürəyi dayanmışdır. Təəssüf ki, gözlənilməz heç nə baş verməyib" - ədəbiyyatşünasın qohumu belə deyib.
Boris Pasternakın böyük oğlu vəfat etdi
31 iyul 2012
13:39
1955 dəfə oxunub