Həbs olunmuş şairlər Kulis.az-a danışdılar FOTOLAR
6 sentyabr 2012
18:02
İranda həbs olunmuş şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn artıq Azərbaycandadırlar. Onlar Biləsuvar gömrük məntəqəsini keçdikdən sonra Kulis.az-ın əməkdaşına açıqlama veriblər.
Şairlər bildiriblər ki, onlar İrana şeir festivalı üçün getsələr də, sonraadn İran əleyhinə təbliğatda ittiham olunaraq saxlanılıblar.
Şəhriyar Hacızadə Azərbaycan Respublikası Prezidentinə, İran tərəfinə təşəkkür edib.
Şəhriyar Hacızadə daha sonra bunları deyib: “Bizə heç bir təzyiq edilməyib. İşgəncə verilməyib. Bizlə islam adət-ənənəsinin humanist prinsiplərinə uyğun davranıblar. Təbrizdəki konsulluq bizim azad edilməyimizə xüsusi diqqətlə yanaşıb. Həbsdə olduğumuz müddətdə də bizimlə daim maraqlanıblar”.
Ş.Hacızadə məlumat verib ki, onların azad edilməsi məhkəmə hökmü ilə olmayıb: “Bizi İran dövləti əfv edib”.
Onlar daha geniş açıqlamanı Bakıda keçirəcəkləri mətbuat konfrasında verəcəklərini bildiriblər.
Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs edilmişdilər. Şairlərin konkret hansı maddələrlə ittiham olunduqları barədə məlumat verilmirdi. Nəhayət avqustda onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-nə saxlanmışdı.
Onlar sentyabrın 4-də həbsdən azad edilərək Azərbaycanın Təbrizdəki baş konsulluğuna təhvil veriliblər.

2601 dəfə oxunub