Barıt qoxulu anam? - HEKAYƏ

Barıt qoxulu anam? - <span style="color:red;">HEKAYƏ
24 noyabr 2015
# 15:45

Kulis Çinarə Ömrayın “Barıt qoxusu” hekayəsini təqdim edir.

Anam yaddaşımda o soyuq fevral gecəsində qalmışdı. Onu unutduğumu xatırlayırdım, qalanını yox. Bu yaşıma qədər yaddaşımı qaytara bilmirəm. Uşaq da deyilmişəm, altı yaşım varmış.

Altı yaşıma qədər anam olub, atam olub, evimiz olub. Mən də bütün uşaqlar kimi xoşbəxt olmuşam. Hələ yaddaşım da olub. Bunları düşünmək necə də xoşdur. Amma bildiklərim atamdan, nənəmdən eşitdiklərimdir. Bir də televizorda gördüklərim...

Anamı elə xatırlamaq istəyirəm ki...

Atam üstümə qışqıranda pis olurdum. Elə bilirdim qızların üstünə ancaq anaları qışqıra bilər. Hərdən də atamın səsi qadın səsi kimi gəlirdi qulağıma. Yanımda heç kim anamdan söz salmazdı. Mən soruşanda danışmazdılar.

On iki yaşım olanda atam evimizə təzə ana gətirdi. Mənimlə mehriban dolanırdı. Amma “qızım” sözü məni üşəndirirdi. Almaz xalaya ana deyə bilmirdim. Anamın xətrinə dəyərdi. Almaz xala mənə anamdan danışmışdı. O soyuq fevral gecəsi anam məni götürüb meşəylə üzü şəhərə qaçırmış. Gülləylə başından, sonra da ürəyindən vurublar. Əsgərlər məni tapana qədər anamın qucağında iki gün o meşədə qalmışam. Məni meyitdən güclə aralayıblar.

Bəlkə Almaz xalanın uydurması idi. Mən isə deyilənlərə inanmaqdansa özüm xatırlamaq istəyirdim. Özüm iyirmi iki yaşındayam, yaddaşım on altı. O soyuq fevral gecəsini bircə anlıq olsa belə xatırlamaq üçün nələr verməzdim...

...Aqil həyatıma girəndə onda da anamı axtarırdım. Mənə elə gəlirdi ki, onda anamı görə bilirəm. Düşünürdüm ki, anam sağ olsaydı o da mənim qayğıma beləcə qalar, məni belə sevər və anlayardı.

Bu gün Aqil məni tirə apardı. Əvvəl özü atəş açdı, sonra məni öyrətdi. Tüfəngi köksümə sıxıb hədəfə atəş açdım. Gözüm yaşardı... Və nə baş verdisə onda baş verdi. Barıt qoxusu... Şaxta... Anamın ətri...

Xatırlayırdım.

# 2149 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər