"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!
21 may 2026
# 17:00

Kulis.az Bahəddin Həzinin Gülər Natiq İsaqın "Lərzə" kitabı haqqında yazdığı "Nə qəribə güzgüsən!" yazısını təqdim edir.


"Poeziya boşluğa, illah da sonsuzluğun boşluğuna maraq göstərir" demişdi İosif Brodski.

"Lərzə"ni vərəqləyəndə, oxuyanda adamı "sonsuzluğun boşluğu" özünə çəkir.

Bir şeirdən - bir "sonsuzluq"dan çıxmamış, o biri "sonsuzluq" alır səni özündən.

"Boşluq" kəlməsindən kimsə ürpənməsin. Bir dahininin dediyi kimi, "hər şeydən əvvəl heç nə yox idi".

Gülər Natiq İsaqın hər şeirini oxuyanda o duyğusal turbulensə düşürsən, ancaq o "hava boşluqları"nın içindən tamam başqa ovqatda çıxırsan.

Dənizin dərinliyi də boşluqdur, fəqət qəvvas ordan nə incilərlə qayıtmış, nə incilərlə!

Göyün boşluqları isə sonsuzluqdur - əbədi və dibsiz, kənarsız. Amma orda paralel dünyalar var. O "boşluq"lara əl açırsan, könül bağlayırsan; axı orda... Allah var.

Gülər Natiq İsaqın poeziyası məndə, bax, bu assosiasiyaları doğurur.

..."Nə qəribə güzgüsən, mən donuram, İlahi!

Özümə boylanıram, mənə səni göstərir".

Allahı bu qədər "yaxından" kim görmüşdü?!

Yaxud:

"Bir dəniz də batır adına qovuşmadan..."

"Sən demə, yuxum da çin olmayıbmış,

səsləyib oyatdım özümü səndən..."


"Dizini qucaqlayıb bir dua iç,

sən "ölərkən"

yaşamağa

can atanların sağlığına"...


...Hər misra ayrı heyrətləndirir. Mən "Lərzə"ni oxuduqca, ruhum lərzəyə gəlir.

Bu şeirlər mənə HEÇ NƏDƏN SONRA HƏR ŞEY hissini yaratdı. Dünyanın özündən əvvəl böyük bir HEÇ NƏ var idi, ancaq İlahi qüvvə: "Ol!" deyəndən sonra HƏR ŞEY var!

Bax, belə bir qəribə duyğu içindəyəm.

Sən kitabı açıb oxuyana qədər bir "heç nə" vardı, oxudun, bitirdin, artıq "hər nə" var.

...Kimisi yazıb şair olur, kimisi də şair olub yazır. Gülər Natiq İsaqda başqa bir şey gördüm: şair doğulmaq!

Dünyaya Şair kimi gəlmək, bilirsiniz, nə deməkdir?!

Səni yazan Şeirə yazıb. Səni ŞEİR kimi yazıb.

İstəsən də, dönüb başqası ola bilməyəcəksən.

Həm niyə istəyəsən ki?!

Elə deyilmi, Gülər?!

...Sualı verən sadə (sadəcə!) bir oxucudur, yəni...

# 1047 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər