"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film
26 may 2026
# 18:50

Amerikalı rejissor Oliver Stoun "Snouden" (2016) ekran işindən 10 il sonra ilk tammetrajlı bədii filmini çəkəcək.

Kulis.az xəbər verir ki, bu barədə Bolqarıstanın "24 çasa" qəzeti məlumat yayıb.

Stoun "Ağ yalan" adlı yeni filminin çəkilişləri üçün artıq Bolqarıstanın paytaxtı Sofiyaya gəlib və buradakı proses həftənin sonuna qədər davam edəcək. Sofiya layihənin beynəlxalq çəkiliş qrafikində həlledici məkandır. Ekran işinin digər səhnələri isə Roma və Banqkokda lentə alınacaq.

Filmin süjet xətti üç fərqli nəslin dilindən nəql edilir. Baş rolu isə "Oppenheymer" və "Fakültə" kimi məşhur filmlərdən tanıdığımız ulduz aktyor Coş Hartnett canlandıracaq.

Hazırda 79 yaşı olan üçqat "Oskar" mükafatçısı (Stoun bu mükafatları "Gecə ekspresi" və "Taqım" filmlərinə görə qazanıb) sonuncu bədii filmini 2016-cı ildə təqdim edib. "Snouden" adlı bioqrafik film ABŞ xüsusi xidmət orqanlarının milyonlarla insanı gizli şəkildə izləməsi proqramını ifşa edən keçmiş xəfiyyə Edvard Snoudenin qalmaqallı həyat hekayəsindən bəhs edirdi.

Qeyd edək ki, kino xadimi siyasi mövqeyi ilə də tez-tez gündəmə gəlir. O, 2025-ci ildə verdiyi açıqlamada Moskvaya səfər etməyi çox sevdiyini xüsusi vurğulamışdı.

Stoun 2015-2019-cu illər arasında Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə görüşüb. Qeyri-rəsmi söhbətlərdən tutmuş geniş müsahibələrə qədər müxtəlif formatlarda baş tutan bu görüşlərin sayı 10-a yaxındır. Hətta 2019-cu ildə Putin amerikalı rejissorun Ukraynadakı hadisələrlə bağlı çəkdiyi sənədli film üçün ona xüsusi müsahibə də vermişdi.

# 492 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər