Süleyman Rəhimovun oğlu Anarı bombaladı
24 iyun 2011
11:00
Xalq yazıçısı Süleyman Rəhimovun oğlu yazıçı Şamo Arifin Kulis.az-a müsahibəsi
- Uşaqlığınızı necə xatırlayırsınız? Evinizə daha çox hansı yazıçılar gəlirdi?
- Bizim dədə evinin qapısı heç vaxt bağlı olmayıb. Evimizin daimi qonağı Səməd əmi olub (xalq şairi Səməd Vurğunu nəzərdə tutur - red.). Həmişə də gələndə bizim evlə üzbəüz çörək dükanından çörək alıb qalxardı bizə. Anam da deyərdi ki, “ay Səməd qağa, nə əziyyət çəkib bu çörəyi alırsan”. Səməd əmi də cavabında deyərdi ki, “əli boş gəlməyə hünərim çatmır, əli çörəkli gəlirəm”. Bundan başqa Mirzə İbrahimov, Mehdi Hüseyn, birdə Mir Cəlal Paşayev bizim evin daimi qonaqları idilər.
- Atanızla Rəsul Rzanın münasibətləri necə idi?
- Atamla Rəsul Rzanın münasibətləri çox yaxşı idi, həmişə atam deyərdi ki, Rəsul Rza mərd kişidir. Onlar heç vaxt bir-birinə qarşı getməyiblər, amma təəssüf ki, onun oğlu Anar, atası dünyasını dəyişəndən sonra atama qarşı çox mənfi münasibət bəslədi.
- Mehdi Hüseynin ölümündə atanızı günahlandırırlar. Bu nə dərəcə doğrudur?
- Onun ölümündə atamı günahlandıran yeganə şəxs Anardır.
Keçən il Mehdi Hüseynin 100 illiyi ilə bağlı “Ədəbiyyat” qəzetində öz xatirə yazısında Anar vurğulayıb ki, Mehdi Hüseynin ürəyini partlatdılar. Halbuki Mehdi Hüseyn iclasa gedən zaman ağır xəstə idi. Hətta özü dəfələrlə Mərkəzi Komitəyə yazmışdı ki, məni bu vəzifədən azad edin. Ortada həkim diaqnozu var. Bu vəzifədə o yalnız təzyiq altında qalıb işləyib. Mehdi Hüseynlə məlum mübahisə zamanı Süleyman Rüstəm, Məmməd Rahim və atam olub. Anar təkidlə yazır ki, bu üç insana cəza verilməlidir.
Əslində məsələ necə olub: qurultaya nümayəndələr seçilərkən mübahisə düşüb. Süleyman Rüstəm, Məmməd Rahim və atam təklif ediblər ki, başqa adamları da bura daxil etsinlər. Onlar Mehdi Hüseynə “ancaq sənin yerlilərin olmasın” deyiblər və bunun üstündə mübahisə düşüb, sonra razılaşıb başqa məsələyə keçiblər. Elə bu ərəfədə Mehdi Hüseynin ürəyində tromb tıxanıb və o, dünyasını dəyişib.
Yeri gəlmişkən, o dövrdə görkəmli insanlar haqqında nekroloq verərkən onun xəstəlik tarixçəsi haqda qısaca məlumat verilərdi. Ancaq Mehdi Hüseynin ölüm səbəbi haqqında heç bir məlumat verilmədi. Süleyman Rüstəmin, Məmməd Rahimin və atamın təkidindən sonra üç ya dörd gün sonra “Bakı” qəzetində xəstəlik haqqında informasiya getdi.
M.Hüseyn 51 yaşından ağır xəstə olub, mikroinfarkt keçirib. Atamgilin müraciətindən sonra SSRİ baş prokuroru Rudenko Bakıya gəlib ki, bu yazıçılarla görüşsün. Yazıçılarla görüşün baş tutmamasına əsas səbəbkar respublikanın o zamankı prokuroru Qambay Məmmədov olub. Q.Məmmədov görüşün alınmamasına çalışıb. Yəni bu ölümdə əsas hədəf kimi məhz atam götürülmüşdü.
- Anarın atanıza qarşı aqressivliyinin kökündə nə dayanır?
- Anar isbat etməyə çalışır ki, Azərbaycan ədəbiyyatında nə Səməd Vurğun var, nə Süleyman Rüstəm, nə də Süleyman Rəhimov var. Ancaq və ancaq bir Rəsul Rza var, bir də Nigar Rəfibəyli. Budur onun əsl məqsədi.
Yadımda idi ki, böyük qardaşım Şamo rəhmətə gedəndən sonra atam o vaxt çox sarsıntı keçirirdi. Onun bir romanı vardı, işləyə bilmirdi. Ələviyya xanımdan xahiş etdi ki, mən o halda deyiləm, baxa bilmirəm, sən redaktə edə bilərsənmi? Ə.Babayeva hətta istirahətə getməyib atamın kitabını redaktə etdi. Bu mənim yadımda idi. Bunun üçün də Ələviyya Babayeva özünün “Rəngbərəng kölgələr” kitabına redaktorluq etməyimi xahiş edəndə, ona yox deyə bilməzdim. Ə.Babayevanın Anar, R.Rza haqqında o kitabda qeydləri var. Ona görə də Anarın qəzəbinə gəlib ki, mən niyə o kitabın redaktoru olmuşam.
Ələviyya xanım kitabında Anara və onun ailəsinə qarşı çox ağır təhqirlər yazmışdı. İmkan daxilində mən ağır cümlələri yumşaltdım. Anar yazır ki, Rəsulun da, Nigarın da ailəsi dəfələrlə repressiyaya məruz qalıb. Ə.Babayeva isə çox gözəl yazır ki, repressiya olunan ailəni Kitab Pasajının üstündəki evə niyə köçürürlər? Nigar xanımın atası Xudadat bəy Rəfibəylidir. Sovet höküməti gələn kimi onu güllələdi. AXC hökümətində səhiyyə naziri olan, güllələnən “xalq düşməni”nin qızı necə olur ki, 19 yaşında Stalinin otağının yanında xususi şöbədə işə götürülür, o şöbə ki, birbaşa Beriyaya tabe idi. Necə ola bilər?
Anar “Mübarizə bu gündə var”da yazır ki, anam deyirdi ki, SSRİ Ali Sovetində tərcüməçi kimi işə düzəlib işləyirmiş. Sonra isə özü həmin yazısında M.Bağırovun xüsusi şöbənin rəhbəri Postqrebişeviçə anasının işdən azad olunması ilə bağlı teleqramını göstərir. M.Bağırov S.Rüstəmin N.Rəfibəyli haqqındakı məktubunu da qoyur teleqramın arasına qoyub Moskvaya göndərir və Nigarın orada işləməsini mümkünsüz hesab edir. Anarın bu sənədi dərc etməsi təsadüfi deyil. Anasının gizlətdiyi faktı açmaqla Anar arxasının Kremlə dayandığını isbatlamaq istəyir. Daha sonra Anar həmin yazır ki, atamı o vaxtlar Azərbaycan DTK-sı qoruyub. Necə olur axı, kimin haqqında nə isə yazılıbsa o həbs olunub, amma R.Rza sağ qalıb, ona toxunulmayıb?
Azərbaycanı qarışdırmaq üçün Moskvanın şeytan barmağı həmişə burada olub. Həmin şeytan barmağının biri də Anardır. İndi də oynadırlar bu barmaqlarını. Mənim Anarla çox yaxşı münasibətlərim vardı. Hətta mən onu hər yerdə müdafiə edirdim. Amma sonradan onun atama qarşı nankorluğu başlayanda ona dedim ki, Anar sən mənə qarşı nə edirsən et, mən sənə cavab verməyəcəm, amma atama qarşı nankorluq etsən səni əzib keçəcəyəm. Hamıya sənin kim olduğunu açıb göstərəcəyəm.
Anarı ifşa etmək üçün əlavə nə isə yazmağa ehtiyac yoxdur. Onun yazdıqlarını qaldırıb baxın. Bütün yazılarında özü-özünü ifşa edib. Bir insan bu qədərmi vəzifə düşkünü olar?! O yenə də vəzifədə qalacaq. Atamın yaxşı bir hekayəsi var: “Ölüb-dirilən adam”. Vəzifədə olan bir adamı işdən çıxarırlar, o saat deyirlər, ölür. Deyirlər, ölürsə, gətirək vəzifəyə, vəzifəyə gələn kimisə dirilir. Yəni bu adamı vəzifə saxlayır. Allah Anara 100 il ömür versin, 100 il də o vəzifədə qalsın! Amma əgər Anar elə cəsarət sahibidirsə, qoy S.Rüstəmin anası haqqında M.Bağırova yazdığı məktubu dərc etsin. O məktubda N.Rəfibəyli haqqında yazılıb ki, guya Azərbaycanda bütün ziyalıların həbs olunmasında onun anasının əli var.
- 37-ci il repressiyası zamanı atanızın həbsi haqda nə deyə bilərsiniz?
- Süleyman Rəhimov 24 yaşından DTK-nın nəzarətində olub. Teymur Salahov (xalq rəssamı Tahir Salahovun atası) birinci katib olduğu zaman atam ikinci katib kimi çalışıb. Daha sonra Samuxda, Şahbuzda birinci katib kimi fəaliyət göstərib. Şahbuzda bir il işləyəndən sonra Şərura keçiriblər. Atam orada işlədiyi vaxtlar T.Salahovu həbs edirlər, o bir müddət həbsdə qaldıqdan sonra kimisə satmağa məcbur edilir. T.Salahov Laçın rayonunda işləyən zaman S.Rəhimovu milliyətçi hərəkata cəlb etdiyini söyləyir. Bu sözlər Z.Bünyadovun “Qırmızı terror” kitabında da var. Onun ifadəsi əsasında atamı Şərurdan çağırırlar Mərkəzi Komitəyə və elə oradaca həbs edirlər. Həbs olunandan sonra noyabrın 27-də atam T.Salahovla üzləşdirilir. T.Salahov deyir ki, S.Rəhimovu milliyətçi hərəkata mən qoşmuşam. Atam isə cavabında bildirir ki, yalan deyirsən, mənə böhtan atırsan. T.Salahov bir müddətdən sonra səhv etdiyini anlayır və öz xahişi əsasında yenidən istintaqa ifadə verir. Atama böhtan atdığını etiraf edir. O vaxt atamın üzünə birbaşa duran olmadığı üçün və atam heç kəsi şərləmədiyi üçün həbsdən azad olunur.
- Mir Cəfər Bağırovun Süleyman Rəhimova qarşı mövqeyi necə idi?
- Atam birinci dəfə həbsdən azad olunduqdan sonra yenidən həbs olunur. Bu dəfə Ruhulla Axundovun ifadəsi əsasında. Başda S.Vurğun, Ü.Hacıbəyli, M.Qasımov və atam olmaqla böyük bir siyahı tərtib olunur və M.Bağırova verilir. Bu siyahını M.Bağırova təqdim edərkən əsəbləşib deyir ki, S.Rəhimovu dünən azad etdiniz, boynuna heç nə qoya bilmədiniz, indi nə istəyirsiniz? Bağırovun təkidi ilə atama, S.Vurğuna, Ü.Hacıbəyliyə, M.Qasımova toxunulmur. M.Bağırovun göstərişi ilə şəxsən atama toxunmurlar. Buradan da göründüyü kimi, hər halda münasibətləri pis olmayıb. M.Bağırov kimi bir insan atama inanmasaydı, həyatı boyu onu həbsdən azad etməzdi.
- Atanızın Heydər Əliyevlə münasibəti hansı səviyyədə idi?
- Hakimiyyətə gəldikdən sonra bir ay keçməmiş Heydər Əliyev atamı görüşə çağırıb. 37-ci ildə onun başına gələnlərdən xəbərdar olduğunu atama deyib. Atam da xalqın liderinin gəldiyini, problemlərin düzələcəyini söyləyib. Yeseninin abidəsinin açılışı zamanı da atam H.Əliyevin qayıtmasından sevincli olduğunu nitqində bildirmişdi. H.Əliyev 1970-ci ildə atamı Sosialist Əməyi Qəhrəmanı adına təqdim etdi, amma Moskva bu adı atama vermədi. Növbəti beş il ərzində Heydər Əliyev heç kəsi o yüksək mükafata təqdim etmədi. Nəhayət, 1975-ci ilin dekabrında atam bu mükafata layiq görüldü.
- İndiki dövrdə atanıza, onun yaradıcılığına diqqət, qayğı sizi qane edirmi?
- 2000-ci ildə S.Rəhimovun 100 illiyinin keçirməsi ilə bağlı bir sərəncamı vardı. Elçin Əfəndiyevin sədrliyi ilə təşkilat komitəsi də yaradıldı. Sərəncama əsasən atamın heykəli qoyulmalı, ev muzeyi yaradılmalı, 10 cildliyi buraxılmalı, “Süleyman Rəhimov-100” sənədli filmi çəkilməli idi və s. Amma xırda-para işlərdən savayı heç nə edilmədi.
O, işlədiyiniz binada yaşayıb, bir dənə orada barolyefi, xatirə lövhəsi yoxdur, bu nə deməkdir? Anar kimi insanlar barmaqlarını qoyduqlarına görə yubileylə bağlı tədbirlər keçirilmədi. “Yuxarıda əyləşənlər” indi-indi bu oyunları dərk edib S.Rəhimova layiqli qiyməti verməyə başlayıblar.
Fərid MİRZƏYEV

2434 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024