Ağa Laçınlının xanımı Ramiz Mehdiyevə məktub yazdı
Sentyabrın 6-da mərhum şair Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib.
Mələk Əliyeva müraciətində bildirib ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, ailə başçıları Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb.
2011-ci ildə isə torpaq sahəsi zəbt olunaraq daş hasara alınıb: “Araşdırmalar nəticəsində məlum olub ki, torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun həmin rayonda icra başçısı işlədiyi vaxt doğma anası Məmmədova Biliy Nəbi qızının adına verdiyi sərəncam əsasında zəbt edilib. Belə ki, Rüstəm Məmmədov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman, 1995-ci il martın 15-də 885 saylı sərəncam imzalayaraq anası Biliy Məmmədovaya torpaq sahəsi ayırıb. Bununla da Rüstəm Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, mənim və ailə üzvlərimin qanunla qorunan mənafelərinə mühüm zərər vurub”.
Mələk Əliyeva qeyd edir ki, Rüstəm Məmmədovun əməllərində Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinin tərkibi var.
Müraciətində Mələk Əliyeva Səbail Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə Rüstəm Məmmədovun yol verdiyi əməllərin araşdırılmasını və onun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.

Oxşar xəbərlər
Bizim borcumuz mürgülü xatirələri oyatmaqdır... - Nüsrət Kəsəmənli "Avara" filminə baxanda niyə ağlamışdı?
10:00
29 dekabr 2025
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?
12:00
28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?
17:00
22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?
15:00
22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?
15:00
19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid
14:00
18 dekabr 2025