Maykl Ceksonun həyatından bəhs edən yeni filminin ən mübahisəli mövzulara toxunacağı bildirilir.
Kulis.az xəbər verir ki, müğənnini "Michael" bioqrafik filmində canlandıran Cəfər Cekson növbəti ekran işində mərhum sənətçiyə qarşı irəli sürülmüş cinsi zorakılıq ittihamlarının da müzakirə olunacağını deyib.
İlk filmin bu məsələyə toxunmaması tənqidlərə səbəb olmuşdu. Yeni layihənin hadisələrə Ceksonun mövqeyindən də yanaşacağı gözlənilir; ittihamların filmdə necə təqdim ediləcəyi isə ayrıca maraq doğurur.