Məşhur ispan surrealist rəssam Salvador Dalinin sənətini elm və texnologiya ilə birləşdirən beynəlxalq sərgi oktyabrın 22-dən etibarən İstanbulda təqdim olunacaq.
Kulis.az xəbər verir ki, "Gala-Salvador Dali Fondu"nun razılığı ilə hazırlanan ekspozisiya Rəqəmsal Təcrübə Mərkəzində ziyarətçilərə açılacaq.
2000 kvadratmetrlik sahəni əhatə edən sərgi Dalinin kvant fizikası, optik illüziyalar, DNT və paralel kainatlara olan marağını böyük miqyaslı proyeksiyalar, 360 dərəcəlik immersiv otaqlar və virtual reallıq tətbiqləri ilə təqdim edəcək.
Qeyd edək ki, layihə çərçivəsində türk fotoqrafı Ara Gülerin 1971-ci ildə ustad rəssamla görüşü zamanı çəkdiyi nadir kadrlar da nümayiş olunacaq.