“Mən – əyyaşam. Mən – narkomanam. Mən – dahiyəm”
Amerikalı psixiatr Donald Qudvin tipik əyyaşın portretini belə səciyyələndirmişdi: “Amerikalı, yazıçı, Nobel mükafatçısı”. Qudvin hətta yarızarafat deyirdi: “Bəlkə də ədəbi istedadla alkoqoloizmin kökləri eynidir?”
Ola bilsin ki, həkimin sözlərində həqiqətə müəyyən yaxınlıq var. Amma əyyaş və narkoman tipi təkcə amerikalı yazarlar üçün səciyyəvi deyil.
Şarl Bodler heç amerikalı deyildi, amma tiryək çəkir və şərab şüşəsinin dibinə enirdi. “Süni cənnət” əsərində o, tiryəkə sevgisini açıq şəkildə izhar edir.
Edqar Alan Po isə xalis amerikalı və əyyaş idi. Onun ölümü də dillərə dastandır: küpünə qədər içib sərxoş olmuş yazıçını huşsuz halda arxdan çıxarırlar və o, özünə gəlmədən xəstəxanada keçinir.
Uilyam Folkner... Əyyaş ailəsində böyümüş əyyaş! Hətta orduda da o bu alışqanlıqdan xilas ola bilməmişdi. İçkinin qadağan edildiyi dövrdə isə təmiz qarğıdalı spirtindən istifadə edirdi. Buna görə də dəfələrlə müalicə kursları keçmişdi.
Ernest Heminquey. Daha bir Nobel mükafatçısının gündəlik həyat tərzi: səhər – iki stəkan viski, günorta – fransız şərabı, axşama yaxın – üç şüşə viski, şam yeməyi – 5 litr şərab...
Erix Mariya Remark. Bibliyadan sonra ən böyük tirajlı əsərin – “Qərb cəbhəsində təbəddülat yoxdur” müəllifindən soruşurlar: “Müharibə bitəndən sonra nə edəcəksən?” “Hər şeyi unutmaq üçün içəcəm”. “Birdən kömək etməsə?” “Yenə də içəcəyəm”.
Alkoqolla yanaşı, narkotik maddələr qəbulu da yazıçı tayfasında geniş yayılmış haldır. Bir çox yazıçılar hər iki azara mübtəla idi.
Tennesi Uilyams – anfetamin və barbituratlar qəbul edirdi.
Cek London – əyyaş...
Sinkler Lyuis – alkoqolsuz yaşaya bilmirdi...
Pol Verlen – spirtli içkilər, absent və narkotiklər...
Jan Kokto – tiryək çəkirdi...
Frensis Skott Fitscerald – alkoqolik.
Çarlz Bukovski – alkoqolik...
Yuicin O`Nil – eyni diaqnoz...
Trumen Kapote – əyyaş və narkoman. Özü deyirdi: “Mən – əyyaşam. Mən – narkomanam. Mən – dahiyəm”.
Stiven Kinq - alkoqolik, kokainçi, tibbi preparatların aludəçisi... Özü etiraf edir ki, romanlarını necə yazdığını belə xatırlamır.
Lüis Kerrol – tiryək çəkirdi. Ədəbiyyatşünaslar deyir ki, “Alisa möcüzələr ölkəsində”ni oxumaqla müəllifin azarını müəyyən etmək olar.
Uilyam Berrouz – “Çılaq nahar” (“Naked Lunch”) romanının müəllifi heroin alidəçisi idi.
Mixail Bulqakov – “Morfi” avtobioqrafik romanı ilə azarını izhar edib.
Karlos Kosmaneda – hallüsinasiya yaradan bitkilərdən istifadə edən yazıçı.
Tomas de Kvinsi – XIX əsrin tanınmış ingilis yazıçısı. “Tiryək çəkənin etirafı” kitabı ona məxsusdur.
Ken Kizi – narkoman.
Alister Krouli – “Narkomanın gündəliyi” romanının müəllifi, özü də narkoman olan ingilis yazarı.
Viktor Pelevin – qəhrəmanları kimi narkoman olan rus yazar.
Gi de Moppasan – efir, tiryək...
Sergey Yesenin – əyyaş və narkoman...
Əyyaşlıq və narkomaniya. Bu mövzunu Azərbaycan ədəbiyyata ilk gətirən Əbülhəsən Ələkbərzadə olub. Onun “Utancaq” povestində toxunulan narkomaniya mövzusu ilə indi oxucunu heyrətləndirmək mümkün deyil. Lakin yazıçılarımız arasında spirtli içki və narkotik maddə həvəskarlarının yoxluğu iddiası hamını güldürə bilər...
Əziz RZAZADƏ

Oxşar xəbərlər
Unudulmamağın haqqını vermək - Nadir Yalçın
17:00
15 may 2026
"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov
13:00
14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri
10:00
14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?
14:10
13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə
15:54
12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?
12:00
12 may 2026